Müəllimlər, jurnalistlər və ictimai fəallar üçün seminar keçirildi – VideoSeminar is conducted for teachers, journalists and NGO activists – Video

Qrup şəkli
Qrup şəkli
Bakı, CASCFEN, 28.07.2016 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) müəllimlər, jurnalistlər və ictimai fəallar üçün seminar keçirib. “Müxtəlif kateqoriyadan olan qruplar üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarları” layihəsi çərçivəsində keçirilən tədbirə 18 nəfər dinləyici qatılıb.

Qurumdan verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla baş tutan seminar Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təlim mərkəzində gerçəkləşdirilib.

CASCFEN sədri Azər Həsrət tədbirin açılışında çıxış edərək verdiyi dəstəyə görə Azərbaycan dövlətinə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və BAMF-a, onun rəhbəri Umud Rəhimoğluna təşəkkür edib.

Daha sonra söz layihənin eksperti, CASCFEN İdarə Heyətinin üzvü, “Kaspi” qəzetinin müxbiri Lalə Musaqızına verilib. O, onlayn mühitdə davranış qaydalarını, bu qaydalara əməl edilməsinin vacibliyini vurğulayıb. Bunun ardınca ayrı-ayrı örnəklərlə sosial şəbəkələrdə rast gəlinən hallar üzərində müzakirə açıb. İştirakçılar da öz növbəsində müzakirələrə qatılaraq məsələnin vacibliyinə diqqət çəkib.

Layihənin digər eksperti, CASCFEN Nəzarət-Təftiş Komissiyasının sədri Sevda Əsgər isə netiketin 10 qızıl qaydasını tək-tək izah edib. Ekspert onlayn mühitdə davranış zamanı bu qaydalara əməl ediləcəyi təqdirdə, münasibətlərin etik çərçivədə baş tutacağına diqqət çəkib.

Ümumilikdə çox fəal müzakirə və fikir mübadiləsi şəraitində keçən seminar iştirakçılar tərəfindən təqdir görüb. Təklif edilib ki, bu cür seminarlar ayrı-ayrı təşkilatlarda, təhsil müəssisələrində keçirilsin.

Sonda çıxış edən Azər Həsrət iştirakçılara fəallığa görə təşəkkür etməklə bərabər onlayn ifadə azadlığından sui-istifadənin doğurduğu məsuliyyət haqqında da danışıb.

Bundan sonra iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.

CASCFEN Mətbuat Xidməti

Group photo
Group photo
Baku, CASCFEN, 28.07.2016 – Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) has conducted a seminar for teachers, journalists and NGO activists. 18 participants have attended the seminar on “Online freedom of expression culture for the groups of different categories”.

According to news delivered from the Organization the seminar which was possible due to financial support of NGO Council has been conducted in the International Eurasia Press Fund`s training center.

Azer Hasret, a Chairman of CASCFEN has thanked Azerbaijan Government, NGO Council and International Eurasia Press Fund and its Chairman Umud Rahimoglu for their generous support.

Afterwards the floor was given to project expert Lale Musaqizi, CASCFEN Board Member and a correspondent of “Kaspi” daily. She had explained code of conduct on online realm and stressed out importance of following the rules. Then she gave different samples and initiated discussions around them. The participants shared their views on the issues as well.

Another expert of the project, CASCFEN Control-Revision Commission Chairwoman Sevda Asker has explained one by one 10 golden rules of netiquette. She draw attention of participants to the fact that if follow these rules one can be out of stress while surfing.

All participants have appreciated the seminar, which was conducted in a lively atmosphere. They suggested to conduct likewise seminars in different organizations, education systems.

Speaking at the end of the seminar Azer Hasret thanked the participants for their active participation and talked on responsibility for violation of online freedom of expression rules.

Participants have got certificates and group photo was taken.

CASCFEN Press Service

Number of View: 12359