0

Announcement: Seminar on online freedom of expression for teachers in Baku

Bakı, CASCFEN, 26.08.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” üzrə sonuncu seminarını sentyabrın 07-də Bakıda təşkil edəcək.

Seminarlarda aşağıdakı mövzulara yer veriləcək:

1. İfadə azadlığının təmin edilməsində Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq normalar;
2. Azərbaycan qanunlarında ifadə azadlığının təminatı;
3. İfadə azadlığından sui-istifadə hallarının yaratdığı məsuliyyət;
4. Sosial şəbəkələr və digər onlayn platformalarda ifadə azadlığı mədəniyyəti – netiket;
5. Netiketin pozulma halları və onların aradan qaldırılması;
6. Tədris prosesində onlayn mənbələrlə iş zamanı netiketə əməl edilməsi;
7. Örnəklər üzərində iş.

Seminara yalnız orta məktəb müəllimləri qatıla bilər. Yerlər məhdud olduğu üçün ilk müraciət edənlərə üstünlük veriləcək. Seminarda 25 nəfərin iştirakı nəzərdə tutulur. Sonda iştirakçılar CASCFEN-in sertifikatını alacaq. Seminar ödənişsizdir.

Qatılmaq istəyənlərin ən geci sentyabrın 4-dək bu ünvanlardan birinə müraciət etməsi xahiş olunur: info@cascfen.net və ya azer@azerhasret.com.

Lütfən, CV və ya bioqrafiya göndərməyin.

Müraciət edərkən e-məktubun mövzu yerinə “Bakıda seminar”, mətn yerinə isə ad, soyad, işlədiyiniz məktəb, dərs dediyiniz fənn və iş stajı bilgilərinizi tək bir sətirdə yazmaqla göndərin.

Təşkilatın saytı: www.cascfen.net.

Layihə rəhbəri: Azər Həsrət – www.azerhasret.com +994 50 335 2795

CASCFEN Mətbuat Xidməti

Number of View: 2439
Share
Filed in: Announcements, Azerbaijan, News, Projects, South Caucasus

Recent Posts

Bookmark and Promote!

© 2003-2016 CASCFEN. All rights reserved. XHTML / CSS Valid.
Proudly redesigned by Azer Hasret.