Elan: Lənkəranda müəllimlər üçün seminarAnnouncement: Seminar for teachers in Lankaran

Lənkəran
Lənkəran

Bakı, CASCFEN, 18.05.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti üzrə seminarlar”ın növbətisini iyunun 8-də Lənkəranda təşkil edəcək. Seminarda Lənkəran və ətraf rayonların müəllimləri iştirak edə bilər.

Seminarda aşağıdakı mövzulara yer veriləcək:

1. İfadə azadlığının təmin edilməsində Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq normalar; 2. Azərbaycan qanunlarında ifadə azadlığının təminatı; 3. İfadə azadlığından sui-istifadə hallarının yaratdığı məsuliyyət; 4. Sosial şəbəkələr və digər onlayn platformalarda ifadə azadlığı mədəniyyəti – netiket; 5. Netiketin pozulma halları və onların aradan qaldırılması; 6. Tədris prosesində onlayn mənbələrlə iş zamanı netiketə əməl edilməsi; 7. Örnəklər üzərində iş.

Seminara yalnız orta məktəb müəllimləri qatıla bilər. Yerlər məhdud olduğu üçün ilk müraciət edənlərə üstünlük veriləcəkdir. Seminarda 25 nəfərin iştirakı nəzərdə tutulur. Sonda iştirakçılara CASCFEN-in sertifikatı veriləcəkdir. Seminar ödənişsizdir.

Qatılmaq istəyənlərin ən geci 02 iyun tarixinə qədər bu ünvanlara müraciət etməsi xahiş edilir: info@cascfen.net və ya azer@azerhasret.com.

İştirak etmək istəyənlərin özləri haqqında aşağıdakı bilgiləri e-poçtla göndərmələri xahiş edilir: Ad, soyad. İşlədiyi məktəb, dərs dediyi fənn və iş stajı.

Təşkilatın saytı: www.cascfen.net.

Layihə rəhbəri: Azər Həsrət – www.azerhasret.com +994 50 335 2795

Şərt: Kompüter bilgiləri aşağı səviyyədə olanlar seminarlara qəbul edilməyəcək. Sosial şəbəkələrdən istifadə etməyənlərin də seminarda iştirakı təmin edilməyəcəkdir.

CASCFEN Mətbuat Xidməti

Number of View: 13642