CASCFEN Yevlax şəhərində ifadə azadlığı ilə bağlı konfrans keçiribCASCFEN conducted a freedom of expression conference in Yevlakh city

Konfransdan bir foto
Konfransdan bir foto

Yevlax, CASCFEN, 05.08.2013 – Avqustun 4-də Yevlax şəhərində Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyəsi ilə gerçəkləşdirdiyi “Söz azadlığı mədəniyyətinin təbliği” layihəsi çərçivəsində konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan layihənin koordinatoru, CASCFEN sədrinin müavini, «Yeni Azərbaycan» qəzetinin şöbə redaktoru Nadir Azəri bildirib ki, tədbirdə Yevlax şəhər İcra Hakimiyyətinin, müxtəlif dövlət qurumların təmsiçiləri, şəhərin fəal gəncləri və KİV nümayəndələri iştirak edir.

Konfransda çıxış edən CASCFEN sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət isə öncə təşkilat haqqında danışıb. O, Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı dünya standartlarına cavab verən qanunvericilik bazasının olduğunu bildirib, bu istiqamətdə dövlət tərəfindən görülən işlərdən söz açıb. Azər Həsrət fürsətdən istifadə edərək yaradılmış şəraitə görə, Yevlax şəhər İcra Hakimiyyətinə təşəkkür edib.

Layihə barədə konfrans iştirakçılarına geniş məlumat verən CASCFEN sədri bu istiqamətdə Tərtərdə və Yevlaxda tədbirlərn təşkilini regionlarımızda da KİV-in, söz azadlığının inkişafına böyük diqqətin verilməsinin təzahürü kimi dəyərləndirib.

Yevlax şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ramin Qələndərov qonaqları salamlayıb, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında rayonda görülən quruculuq-abadlıq işlərindən, söz və mətbuat azadlığının vəziyyətindən danışıb. O, qeyd edib ki, CASCFEN tərəfindən həyata keçirilən layihə region üçün əhəmiyyətlidir.

Sonra Azər Həsrət CASCFEN-in Yevlax üzrə təmsilçisi Zülfiyyə Əliqızına qurumun işindəki fəallığına görə, təşkilatın diplomunu təqdim edib. Bundan başqa, CASCFEN-in 100-cü üzvü olduğu üçün təşkilatın fəalı Türkan Fikrət qızına xatirə diplomu təqdim edilib.

Azər Həsrət diplomları təqdim edərkən
Azər Həsrət diplomları təqdim edərkən

Çıxışlardan sonra söz əsas məruzəçilərə verilib. CASCFEN İdarə Heyətinin üzvü, «Kaspi» qəzetinin müxbiri Lalə Musaqızı söz və ifdadə azadlığı, bunun ayrı-ayrı ölkələrdə necə həyata keçirilməsi və ölkəmizdə bununla bağlı atılan addımlar haqqında ətraflı məlumat verib. Təqdimatla müşayiət olunan çıxışında məruzəçi onu da bildirib ki, bəzən insanlar söz və ifadə azadlığını anarxiya kimi başa düşürlar. Bu isə yolverilməzdir.

CASCFEN İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin müəllimi, «SPACE» televiziyasının redaktoru dr. Nüşabə Hüseynli isə sosial şəbəkələrdə cərəyan edən proseslər barədə geniş bəhs edib. O, sosial şəbəkələrdə yaradılan qruplar və paylaşılan informasiyalar zamanı əməl edlməsi vacib olan məqamlara toxunub, konfrans iştirakçılarına bununla bağlı tövsiyələrini çatdırıb.

Lalə Musaqızı və Nüşabə Hüseynli təqdimat edərkən
Lalə Musaqızı və Nüşabə Hüseynli təqdimat edərkən

Konfransda yerli “Kür» qəzetinin, həmçinin Yevlaxda fəaliyyət göstərən El TV-nin nümayəndələri də iştirak edib.

Tədbir zamanı iştirakçılara CASCFEN-in eyni adlı layihə çərçivəsində çapdan çıxmış “İfadə azadlığı: fikir və söz azadlığı” adlı kitabı paylanıb, mövzuyla bağlı ətraflı müzakirələr aparılıb.

CASCFEN Mətbuat Xidməti

A photo from the conference
A photo from the conference

Yevlakh, CASCFEN, 05.08.2013 – The Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) has conducted in Yevlakh city a conference in the framework of the project titled “Propaganda of freedom of expression culture” which is financed by Azerbaijan NGO Support Council.

Opening the conference the coordinator of the project, CASCFEN deputy chairman Nadir Azeri said that the conference is attended by Yevlakh city executive power representative, representatives of different state bodies, youth organizations and other NGOs and journalists.

The CASCFEN chairman, a Board Member of Azerbaijan Press Council Azer Hasret spoke about organization and its mission. He noted that the Republic of Azerbaijan has the laws on freedom of expression which suit international standards. He made some notes about state`s role to provide freedom of expression. Using the opportunity Azer Hasret thanked Yevlakh City government for creating circumstances for NGOs dealing with freedom of expression culture dissemination.

He gave detailed information about the project and noted that implemented works on the project in the regions of Tartar and Yevlakh is a sign of importance given by local governments to freedom of mass media and expression.

Mr. Ramin Qalandarov, the head of Information Provision and Analysis Sector at the Yevlakh City Executive Power greeted the guests and talked about building and renovation works done in the region under recommendations of the President Ilham Aliyev. He noted the important role of freedom of expression and press and stressed out the situation with these freedoms. He noted that the project of CASCFEN is important to the region as well.

Afterwards Azer Hasret presented diplomas to 2 CASCFEN members for their contribution to organization building in the region. Zulfiyya Aliqizi and Turkan Fikratqizi were awarded with CASCFEN`s diplomas.

Azer Hasret presenting the Diplomas
Azer Hasret presenting the Diplomas

Then the two speakers representing CASCFEN presented speeches on freedom of expression and its culture. Lale Musaqizi, CASCFEN Board Member and a journalist with “Kaspi” daily spoke on freedom of expression, its implementation in different countries and the situation in Azerbaijan. She noted in her presentation that sometimes some people mix freedom of expression with anarchy, which is not allowable.

One more Board Member of CASCFEN, a teacher in Baku Slavic University, an editor of Space TV Dr. Nushabe Huseynli spoke on processes in social media and social networks. She stressed out the situation with the groups created in social networks and behavior of members of such groups.

Both speakers have answered the questions of conference participants.

Lale Musaqizi and Nushabe Huseynli making presentations
Lale Musaqizi and Nushabe Huseynli making presentations

The local “Kur” newspaper and El TV representatives have attended the conference as well.

During the conference a book titled “Freedom of expression: freedom of opinion and word” which is published within the framework of the Project was distributed among participants.

CASCFEN Press Center

Number of View: 44554