CASCFEN təmsilçiləri rayonlarda və Orta Asiyada görüşlər keçiribCASCFEN representatives conducted meetings in the regions and Central Asia

Yevlax görüşündən fotolar

Bakı, CASCFEN, 27.03.2013 – Bayram tətili günlərində Orta Asiya və Güney Qafqaz Soz Azadlığı Şəbəkəsinin (CASCFEN) təmsilçiləri bir neçə mühüm görüş keçirib.

Təşkilatın sədr müavini Nadir Azəri Yevlaxda Beynəlxalq Avrasiya Mətbuat Fondunun UNICEF-in dəstəyi ilə gerçəkləşdirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” çərçivəsində fəaliyyət göstərən Yevlax təbliğat qrupunun üzvləri ilə görüşüb. Qrupun rəhbəri Rafiq Əliyev ümumi bilgi verərək deyib ki, layihə Azərbaycanın 7 rayonunu əhatə edir: Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Tərtər və Yevlax. Rayonlar müharibənin təsirinə daha çox məruz qalması və eləcə də BAMF-ın bu bölgələrdə fəaliyyət təcrübəsinin olması səbəbindən seçiliblər. Hər rayondan 20 fəal gənc seçilib ki, bu gənclər təbliğat qruplarının əsasını təşkil edirlər. Qruplar üçün BAMF tərəfindən uşaq hüquqları, erkən evlilik, sağlam həyat tərzi, ünsiyyət və yeni media mövzularında təlimlər təşkil edilib.

Öz növbəsində CASCFEN-in sədr müavini Nadir Azəri təmsil etdiyi qurum haqqında bilgi verərək təşkiltın bölgələrdə görüşlərə başladığını bildirib. O, qeyd edib ki, artıq CASCFEN yaxın aylarda Yevlaxda onlayn etika məsələləri ilə bağlı geniş tədbir keçirməyə hazırlaşır. O, əlavə edib ki, CASCFEN bölgələrdəki fəal gənclər üçün yerlərdə ünsiyyət və yeni media, həmçinin ictimai əlaqələr və insan haqları mövzusunda seminar və treninqlərə təmənnasız ekspert dəstəyi verməyə hazırdır.

Qrupun fəal üzvlərinən olan Zülfiyyə Əliqızı CASCFEN-lə Yevlaxlı fəallar arasında əməkdaşlığın faydalı ola biləcəyini deyib.

Qrupun digər üzvü Etibar Məmmədov isə Yevlax gənclərinin müstəqil bir ictimai təşkilatının yaradılması istiqamətində iş apardıqlarını bildirib.

Nadir Azəri bu istiqamətdə Yevlaxlı gənclərə hərtərəfli dəstək verəcəklərini bildirib.

Görüşdə CASCFEN ekspertlərinin Yevlaxlı gənclər üçün treninqlər keçirməsinə dair ilkin razılıq da əldə olunub.

Onu da əlavə edək ki, martın 18-19-da adı keçən layihə çərçivəsində CASCFEN sədri Azər Həsrət Tərtərdə gənclər üçün “Liderlik və kommunikasiya” mövzusunda təlim aparıb, gənclərlə söhbətlər edib.

Tərtərdəki treninqdən görüntülər

CASCFEN-in Orta Asiya üzrə baş təmsilçisi Ramiz Məşədihəsənli də bayram günlərində Bişkekdə növbəti görüşünü keçirib. Təmsilçilikdən verilən bilgiyə görə, görüşdə Qırğızıstandakı Azərbaycanlıların Azəri İctimai Birliyinin sədri, birinci dərəcəli ədliyyə müşaviri, Respublikanın əməkdar hüquqşünası Əziz Əliyev, Azərbaycan əsilli tatar, hazırda Bişkekdə hüquqşünas işləyən Xaris Turna, Azərbaycanlı və tatar iş adamları bir sıra məsələləri müzakirə edib.

Bişkek görüşündən bir şəkil

İş adamı Şavkat Zelenkov bildirib ki, illər boyu Qırğızıstanda yaşayıb çalışsa da, həmişə buradakı Azərbaycanlılarla qaynayıb-qarışıb və lazımi dəstəyi də onlardan alıb.

Ə.Əliyev isə CASCFEN-in Orta Asiya üzrə baş təmsilçiliyinin məhz Bişkekdə fəaliyyətə başlamasını Qırğızıstanda gedən ictimai-siyasi proseslərin dünyanın hər yerində diqqətlə izlənməsi ilə əlaqələndirərək bəzi qüvvələrin ölkədə yenidən sabitliyin pozulmasına çalışdıqlarını deyib.

Görüş iştirakçıları sabitliyin pozulması üçün ən incə məsələ sayılan milli qarışıqlığın yaradılmasının mümkün olmadığını qeyd ediblər. Çünki ölkədə mövcud olan Qırğızıstan Xalqları Assambleyasına daxil bütün etno-mədəni qurumlar dövlət başçısı Almazbek Atambayevin ətrafında sıx birləşməklə onun mövqeyini daim dəstəkləyirlər.

Baş təmsilçi R.Məşədihəsənli CASCFEN-in Bakıda keçirilən 10 illik yubileyi, təşkilatın gördüyü işlər və qarşıda duran vəzifələr haqqında görüş iştirakçılarını məlumatlandırıb. O bildirib ki, aprelin ortalarında CASCFEN sədri Azər Həsrətin Qırğızıstan və Qazaxıstana səfəri nəzərdə tutulur və burada bir sıra görüş və tədbirlərin keçirilməsi planlaşdırılır. Təbii ki, o görüşlərdə etno-mədəni qurumların nümayəndələri də iştirak edəcək və söz, mətbuat azadlığı müzakirələrin əsas obyekti olacaq.

Görüşdə Bişkekdəki “Türkel” Fondunun prezidenti Hökumə Xəlilova da iştirak edib.

CASCFEN Mətbuat Xidməti

Number of View: 24428