HAQQINDA

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) 2003-cü ilin 18-20 mart günlərində Bakı şəhərində keçirilən regional konfransın sonunda təsis edilmişdir. Təşkilatın təşəbbüsçüsü və qurucusu həmin dövrdə Azərbaycan Jurnalistlər Konfederasiyasının baş katibi və Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin direktoru Azər Həsrət olmuşdur. Təsis konfransında Azərbaycandan bu iki təşkilatla yanaşı Gürcüstan Jurnalistlərinin Müstəqil Assosiasiyası, Qırğızıstandan “Jurnalistlər” İctimai Birliyi, Özbəkistandan “Ozod Ovoz” Təşkilatı, həmçinin Söz və İfadə Azadlığı Komitəsi, Tacikistandan Tacikistan Müstəqil KİV-lərinin Milli Assosiasiyası iştirak etmişdir. Sonuncu təşkilatın təmsilçisi üzrlü səbəbdən toplantıya qatıla bilməsə də CASCFEN-in qurucusu kimi öz razılığını bildirmişdir.

CASCFEN sonrakı bir il ərzində adı çəkilən coğrafiyanın ən fəal təşkilatlarından birinə çevrilməklə beynəlxalq qurumların diqqətini də cəlb edə bilib. Bunun nəticəsi olaraq 2004-cü ilin may ayında Beynəlxalq Mətbuat İnstitutu bu qurumu həmin ilin “Azad Media Öncülü” mükafatına layiq görüb. Həmin mükafat BMİ-nin Varşavada (Polşa) keçirilən illik toplantısında qurumun rəhbəri Azər Həsrətə təqdim edilib.

Elə həmin il may ayının 3-də UNESCO-nun Belqrad şəhərində keçirilən Dünya Mətbuat Azadlığı günü tədbirlərində CASCFEN sədri Azər Həsrət əsas məruzəçilərdən biri kimi çıxış edib.

2003 və 2004-cü illərdə CASCFEN təmsilçisi Azər Həsrət və qurumun Orta Asiya təmsilçiləri Bobomurod Abdulla (Özbəkistan), Kuban Mambetaliyev (Qırğızıstan), Nuriddin Karşiboyev (Tacikistan), Rozlana Taukina (Qazaxıstan) Avrasiya Media Forumun Almatıda keçirilən toplantılarında əsas məruzəçilər sırasında çıxış ediblər.

CASCFEN sədri Azər Həsrət isə sonrakı illərdə də Orta Asiya ölkələrində keçirilən müxtəlif tədbirlərdə iştirak edib. Ötən müddət ərzində CASCFEN, xüsusən də Orta Asiya ölkələrində geniş jurnalist şəbəkəsi qura bilib.

Bu qurum öz fəaliyyəti dövründə geniş beynəlxalq əlaqələrini də təşkil etmişdir. Həmin müddət ərzində təşkilat UNESCO, ATƏT, Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu, Jurnalistləri Müdafiə Komitəsi, Freedom House və s. kimi beynəlxalq qurumlarla da əməkdaşlıq etmişdir.

CASCFEN-in işinin daha səmərəli qurulması üçün onun yenidən təsis edilməsi qərara alınmış və o, Azərbaycan qanunlarına uyğun olaraq 7 iyun 2012-ci il tarixində rəsmən təsis edilmişdir. Bundan sonra təşkilat 29 iyun 2012-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır.

CASCFEN-in sədri qurulduğu gündən (20 mart 2003) 2017-ci ilin aprelinə qədər Azər Həsrət olub. Həmin tarixdən bu günə qədərsə Nadir Azəri (İsmayılov) təşkilatın sədridir.

Hazırda CASCFEN-in 46 fərdi üzvü var. Təşkilata 7 nəfərdən ibarət İdarə Heyəti başçılıq edir.

Təşkilatın İdarə Heyətinin üzvləri:

  • İsmayılov Nadir Nəbi oğlu – Sədr
  • Hüseynli Nüşabə Fehruz qızı – Sədr müavini
  • Əliyev Vüqar Zifər oğlu – Sədr müavini
  • Məmmədli Qalib İbrahim oğlu
  • Fərəcov Aqil Ələsgər oğlu
  • Yolçuyev Əkbər Mehdi oğlu
  • Kazımova Aygün Elbrus qızı

Qurumun özü Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli QHT Forumunun üzvüdür. Eyni zamanda o, iki beynəlxalq qurumun üzvüdür: Etik Jurnalistika Şəbəkəsi və Medianın İnkişafı Qlobal Forumu.

Təşkilatın əsas məqsədi Azərbaycanda, ümumilikdə isə Orta Asiya və Güney Qafqaz ölkələrində söz azadlığı mədəniyyətinin inkişafına yardım etməkdir.

CASCFEN yenidən təsis ediləndən sonra Azərbaycanın təhsil müəssisələrində söz azadlığı mədəniyyətinin inkişafı, orta təhsil müəssisələri ilə KİV arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması, o cümlədən diaspor fəaliyyətinin, gənc könüllülərin diaspor fəaliyyətində iştirakının yerli və xarici KİV-də təbliğ olunması, QHT-lərin mətbuat və sosial media iş bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif layihələr reallaşdırıb.

CASCFEN Logo

CASCFEN (Central Asian and Southern Caucasian Freedom of Expression Network) was launched in March 20, 2003 in Baku, Azerbaijan by a group of journalist organization representatives from Central Asian and South Caucasus countries. Network’s aim is to defend and promote freedom of press and expression in the given region. In 2004 CASCFEN has won IPI Free Media Pioneer Award for its brave work done during 1st year of existence.

Contact: Nadir Ismayilov, Chairman

 

Number of View: 73973

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir