CASCFEN seminarlar silsiləsini Bakıda tamamladı – VideoCASCFEN sums up series of seminars in Baku – Video

Seminardan görüntülər

CASCFEN, Bakı, 01 avqust 2017 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Təhsil işçilərinin media ilə əlaqələrinin optimallaşdırılması” layihəsi çərçivəsində sonuncu seminarını Bakıda keçirib.

Tədbir Beynəlxalq Avrasiya Mətbuat Fondunda baş tutub. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilmiş seminara 40 nəfər müəllim və jurnalist qatılıb.

Verdiyi dəstəyə görə hər iki quruma təşəkkür edən CASCFEN sədri Azər Həsrət bildirib ki, dövlətin vətəndaş maarifləndirilməsinə belə dəstəyi olduqca faydalıdır.

Daha sonra mövzu ətrafında fikirlərini çatdıran sədr deyib ki, Azərbaycanda bir sıra şəxslər mediadan sui-istifadə edir.

“Belə adamların çoxu, təəssüflər olsun ki, daha çox təhsil müəssisələrini, məktəbləri narahat edir. Onlar media etikasından xəbərsiz insanlardır. Bir qayda olaraq məktəblərə gedir, uşaqları aldadaraq danışdırır, sonra da aldıqları müsahibələrdən məktəb rəhbərlərini şantaj üçün istifadə edirlər”, – deyə CASCFEN sədri bildirib.

Bundan sonra çıxış edən ekspert, “Space” TV-nin redaktoru, CASCFEN İdarə Heyətinin üzvü, Əməkdar Jurnalist Dr. Nüşabə Hüseynli məktəb işçilərinin media ilə münasibətlərinin daha optimal şəkildə qurulması yollarını izah edib.

“Ən önəmlisi odur ki, siz jurnalistlərdən çəkinməməlisiniz. Əksinə, onlarla təmasa həvəs göstərməli, sizə ünvanlanan suallarına cavab verməlisiniz. Təbii ki, belə təmaslar yalnız qanun və jurnalist etikası çərçivəsində olmalıdır. Belə olmazsa özünü jurnalist kimi təqdim edən şəxslə ünsiyyətdən imtina edə bilərsiniz”, – deyə Nüşabə Hüseynli bildirib.

Nüşabə Hüseynli onu da əlavə edib ki, mediadan sui-istifadə edənləri müəyyən etmək üçün Mətbuat Şurasına da müraciət etmək olar.

Fikri davam etdirən Azər Həsrət qeyd edib ki, bunun üçün Mətbuat Şurasının internet saytındakı “qara siyahı”ya baxmaq yetərlidir: “Əgər görsəniz ki, sizə müraciət edən “jurnalist”in təmsil etdiyi media qurumunun adı həmin siyahıdadır, sorğu-sualsız həmin şəxslə ünsiyyətdən imtina edə bilərsiniz”.

İştirakçıların fəallığı ilə müşayiət edilən seminarın sonunda setifikatlar təqdim edilib, qrup şəkli çəkdirilib.

Əlavə edək ki, bu seminar layihə çərçivəsində təşkil edilmiş seminarlardan sonuncusudur. Buna qədər Bakı, Kürdəmir, Saatlı və Xaçmazda da bənzər seminarlar təşkil edilib. Ümumilikdə seminlarlara 130-dan çox iştirakçı qatılıb.

CASCFEN Mətbuat Xidməti


Views from the seminar

CASCFEN, Baku, 01 August 2017 – The Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) has conducted the last seminar in the framework of the project titled “Optimization of relations of education workers with media” in Baku.

The event was organized in the premises of the International Eurasia Press Fund and supported by the NGO Council of Azerbaijan. 40 participants have joined the seminar.

Azer Hasret, a chairman of CASCFEN thanking both organizations for support added that such state support for the people`s enlightenment is very effective.

Speaking on the theme Azer Hasret said that some people in Azerbaijan are misusing media.

“Most of those people, unfortunately, disturb education enterprises, schools frequently. They are unaware of media ethics. Usually they go to schools, force children to give an interview and afterwards using these interviews blackmail school managements”, – has said CASCFEN chairman.

Then editor of “Space” TV, CASCFEN Board member, Honored journalist Dr. Nushabe Huseynli explained the ways of more optimal interaction of school workers with mass media.

“The most important approach is that that you should not scare of journalists. Contrary, you should show enthusiasm to collaborate with them and answer their questions. Naturally this kind of interactions must be in line with laws and journalist ethics. If not so, you are free to ignore communication with a person who claims to be a journalist”, – said Nushabe Huseynli.

Nushabe Huseynli has added that in order to identify those misusing mass media one can apply to the Press Council.

Continuing the idea Azer Hasret noted that it would be enough to visit Press Council’s web site: “If you see that the name of a “journalist” applying to you is in that list you can ignore interaction with that person with no explanation”.

The seminar was followed by participants close involvement and certificates were submitted to participants.

We shall add that this seminar was the last one in the framework of the project. Before this likewise seminars were arranged in Baku, Kurdamir, Saatli and Khachmaz. More than 130 participants attended the seminars in total.

CASCFEN Press Service


Number of View: 6871