CASCFEN yeni layihə çərçivəsində ilk seminarını keçirdi – VideoCASCFEN has conducted the 1st seminar in the framework of new project – Video

Seminardan görüntülər

Bakı, CASCFEN, 30.05.2017 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Təhsil işçilərinin media ilə əlaqələrinin optimallaşdırılması” layihəsi çərçivəsində Bakıda ilk seminarını keçirib. Seminar Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) gerçəkləşdirilib. Layihənin maliyyə yardımı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən təmin edilir.

Tədbirin açılışında çıxış edən CASCFEN sədri, layihənin eksperti Azər Həsrət verdiyi dəstəyə görə Azərbaycan dövlətinə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və BAMF-a təşəkkür edib.

CASCFEN sədri layihə haqqında qısa bilgi verdikdən sonra layihə rəhbəri Ülkər Piriyeva çıxış edərək iştirakçılara seminarla bağlı geniş bilgi verib.

Layihənin eksperti, Space TV-nin redaktoru Dr. Nüşabə Hüseynli iştirakçılara təhsil işçiləri və jurnalistlər arasında münasibətlərin qurulması yolları barəsində danışıb. O, özəlliklə bu müstəvidə etik normalara və ümumi qəbul edilmiş qaydalara əməl edilməsinin və hər iki tərəfin öz hüquqlarını bilməsinin vacibliyini vurğulayıb. Ayrı-ayrı örnəklərlə çıxışını zənginləşdirən ekspertə müxtəlif suallar ünvanlanıb. O, suallara cavab verməklə bərabər iştirakçıların təkliflərini də dinləyib.

Seminarın sonunda yazılı sorğu keçirilib. Azər Həsrət, əməkdar jurnalist Nadir Azəri, diaspora.az saytının redaktoru Nail Əhməd və layihə rəhbəri Ülkər Piriyeva çıxışlarında jurnalistlər və təhsil işçiləri arasında bəzi problemli məsələlərə toxunublar. Belə halların həlli yollarını müzakirə ediblər.

Seminarda Bakı, Abşeron və Sumqayıtdan olmaqla 27 nəfər müəllim iştirak edib. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, layihə çərçivəsində növbəti seminarlar Kürdəmir (14 iyun) və Saatlıda (28 iyun) keçiriləcək.

CASCFEN Mətbuat Xidməti

Views from seminar
Views from seminar

Baku, CASCFEN, 30.05.2017 – The Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) has conducted its 1st seminar in Baku in the framework of the project titled “Optimization of relations of education workers with media”. The seminar was conducted in the premises of the International Eurasia Press Fund (IEPF). The finances of the project are provided by the NGO State Support Council under the President of the Republic of Azerbaijan.

The chairman of CASCFEN and project expert Azer Hasret has thanked the Azerbaijan government, NGO Council and IEPF for the support.

As the CASCFEN chairman has informed participants with brief information on the project, Ulkar Piriyeva, the project leader has provided information on the seminar.

The expert of the project, Space TV editor Dr. Nushabe Huseynli has talked to participants about the ways to establish relations between education workers and journalists. She stressed out especially the need from both sides to follow ethics and common rules in this realm. And underlined the importance to know the rights. The expert who enriched her speech with different cases has answered the questions addressed. She listened to participants` offers as well.

At the end of the seminar was conducted a written survey. Azer Hasret, honored journalist Nadir Azeri, editor of diaspora.az web site Nail Ahmed and the project leader Ulkar Piriyeva touched upon problems faced during relations between journalists and education workers. They discussed the ways to solve likewise cases.

27 teachers from Baku, Absheron and Sumgayit have participated in the seminar. The certificates were provided at the end of the seminar.

We shall note that the next seminars in the framework of the project will be conducted in Kurdamir (June 14) and Saatli (June 28) regions.


CASCFEN Press Service

Number of View: 3819