“Beynəlxalq qurumların susqunluğunu qınayırıq”“We condemn the silence of international organizations”

Bakı, CASCFEN, 11.06.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət Bakı mərkəzli fəaliyyət göstərən rusdilli haqqin.az saytının Almaniyalı müxbiri Tomas Okkupayın həbsinə beynəlxalq jurnalist və insan haqları təşkilatlarının susqunluğunu qınayıb. O, mediaya verdiyi açıqlamada bildirib ki, Avropanın tam ortasında bir jurnalistə qarşı polisin zor tətbiq etməsi, onu həbsə atması və telefonunu müsadirə etməsinə susqun münasibət Qərb təşkilatlarının ikili standartlarının daha bir bariz nümunəsidir.

Tomas Okkupay
Tomas Okkupay

“Bizə daxil olan məlumata görə, iyunun 6-da Almaniyanın Bavariya (Bayern) əyalətinin Garmiş Partenkirxen (Garmisch-Partenkirchen) şəhərində böyük 7-liyin (G7) toplantısına etirazı işıqlandıran jurnalist Tomas Okkupay polis tərəfindən həbs edilib. 4 saat polis nəzarətində saxlanılan jurnalistə xəbərdarlıq edilib, onun mobil telefonu müsadirə olunub. Öz iradəsinə zidd olaraq peşə fəaliyyətini yerinə yetirməsi əngəllənən jurnalist polis əməkdaşının şəklini çəkməkdə ittiham edilib. Bu isə özəlliklə də Avropa üçün absurd bir ittihamdır. Çünki polis əməkdaşları heç bir halda ictimaiyyət qarşısında olarkən şəkillərinin çəkilməsini yasaqlaya bilməzlər”, – deyə Azər Həsrət bildirib.

CASCFEN sədri daha sonra bildirib ki, bu hadisənin özü nə qədər acınacaqlıdırsa, beynəlxalq jurnalist və insan hüquqları təşkilatlarının olaya bu qədər biganə yanaşması ondan daha acınacaqlıdır.

“Biz adətən Qərb təşkilatlarının Azərbaycan kimi ölkələrdə baş verən ən adi hadisəyə belə operativ reaksiyasını görürük. Amma Qərb dəyərlərinin beşiyi olan Almaniyada bir jurnalistə qarşı bu qədər açıq zorakılıq baş verdiyi halda Qərb mediasının və Qərb təşkilatlarının susqunluq nümayiş etdirməsi heç də təqdir ediləsi hal deyil”, – deyə CASCFEN sədri Azər Həsrət əlavə edib.

Baku, CASCFEN, 11.06.2015 – A Chairman of the Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) Azer Hasret has condemned the silence of international journalist and human rights organizations towards intimidation and arrest of the special correspondent of Baku based Russian language haqqin.az news and analysis web site. As he told to the media, the silent approach towards a journalist`s arrest and intimidation, confiscation of mobile phone by police in the heart of Europe once more approves double standards implemented by the Western organizations.

Thomas Occupy
Thomas Occupy

“According to news, available to CASCFEN, Tomas Occupy, a journalist with haqqin.az was arrested by police while covering protest action in the city of Garmisch-Partenkirchen, Bayern – Germany, where was conducted a meeting of G7. A journalist, who spent 4 hours in police custody, has got warning and allowed to leave. But his mobile phone was confiscated. A journalist, whose fulfillment of professional duty faced an obstacle against his will, is accused for taking a photo of policeman who was in service. And this is especially absurd accusation for Europe. Because the policemen can`t prohibit in any circumstance taking his/her photo while in duty” – has said Azer Hasret.

CASCFEN Chairman added further that as miserable as is this case itself, indifference of international journalist and human rights organizations to the case is more miserable.

“Usually we observe quick reaction of Western organizations to the most usual likewise cases in the countries like Azerbaijan. But we can`t consider as appreciated silence of Western media and organizations towards a case which happened in the heart of Western values – Germany, followed by violence” – has added CASCFEN Chairman Azer Hasret.

Number of View: 9410