CASCFEN qurultay keçirdi, rəhbərlərini seçdiCASCFEN has conducted its Congress, elected leadership

Milli himnin ifası
Milli himnin ifası

Bakı, CASCFEN, 05.05.2014 – Aprelin 26-da sədr Azər Həsrət də daxil olmaqla bütün rəhbərliyi istefaya göndərilmiş Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) 3 May Dünya Mətbuat Azadlığı Günündə özünün 1-ci qurultayını (ümumi yığıncağını) keçirərək rəhbərlərini seçib.

Qurumdan verilən xəbərə görə, Azərbaycanın dövlət himninin ifası, şəhid jurnalistlərin və bütün şəhidlərinin yad edilməsilə başlayan qurultayda ölkə mediasının öndə gələnləri də iştirak edib. Mətbuat Şurasının sədri Əfaltun Amaşov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Demokratik Jurnalistlər Ligasının sədri Yadigar Məmmədli, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, “Yeni Nəfəs” Hərəkatının sədri Seymur Həsənli öz təbrik çıxışlarında CASCFEN-in ölkə içində və ölkə dışında gördüyü işlərin faydasından, bir QHT olaraq qurumun nümunəvi təşkilat formasından söz ediblər. Onlar CASCFEN-in bu baxımdan başqa qurumlara örnək ola biləcəyini deyiblər.

Rəyasət heyəti
Rəyasət heyəti

Daha sonra təşkilata verdikləri informasiya dəstəyinə və ifadə azadlığı mədəniyyətinə töhfələrinə görə, “Xalq Cəbhəsi” və “Şərq” qəzetlərinə diplom təqdim edilib. 60 illik yubileyi və CASCFEN-in formalaşmasında roluna görə Prof. Dr. Ramiz Əskər, 55 yaşının tamam olması və qurumun fəaliyyətinə töhfələrinə görə Şəmistan Əlizamanlı və 50 illik yubileyi və CASCFEN-in fəaliyyətində yaxından iştirakına görə İbrahim İlyaslı da diplomla təltif edilib.

Diplomlar
Diplomlar

Dr. Nüşabə Hüseynlinin sədrliyi ilə keçən qurultayda qurumun rəhbəri Azər Həsrətin və Nəzarət Təftiş Komissiyasının sədri Sevda Əsgərin hesabatı ayrı-ayrılıqda dinlənilib.

Azər Həsrət öz hesabatında təşkilatın həm ölkə içində, həm də beynəlxalq səviyyədə gördüyü işlərdən, qoşulduğu koalisiyalardan və ümumilikdə CASCFEN-in əldə etdiyi uğurlardan danışıb.

Sevda Əsgər isə qurumun maliyyə durumu, xərclənən vəsaitin istiqamətləri barədə bilgi verib. O qeyd edib ki, hesabat dövründə CASCFEN-ə üzvlərdən heç bir şikayət daxil olmayıb.

Hər iki hesabat yekdilliklə qəbul edilib.

Bundan sonra İdarə Heyəti, NTK üzvləri və CASCFEN sədrinin seçkisi keçirilib. Prof. Dr. Ramiz Əskər, Dr. Nüşabə Hüseynli, Azər Həsrət, Elşad Paşasoy, Qalib İbrahimoğlu, Lalə Musaqızı, Səhər Əhməd, Nadir Azəri, Rey Kərimoğlu yekdilliklə CASCFEN İH üzvü seçilib.

Sevda Əsgər, Şəmşir Əlisoy və Ramilə Qardaşxanqızı isə NTK üzvlüyünə seçilib.

Sonda qurultay nümayəndələri CASCFEN sədri vəzifəsinə təkrar olaraq Azər Həsrəti seçiblər.

Qrup fotosu
Qrup fotosu

CASCFEN-in 136 üzvündən 72-si qurultayda iştirak edib.

Qurultaydan çəkilən bütün şəkillər burada.

CASCFEN Mətbuat Xidməti

National Anthem Execution
National Anthem Execution

Baku, CASCFEN, 05.05.2014 – The Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN), which leadership was sent to resign on April 26, has conducted its Congress (General Assembly) and elected new leadership on May 3 World Press Freedom Day.

According to press release, disseminated by organization the Congress started its work with Azerbaijan state anthem and mourning martyr journalists and all martyrs. Some leading figures of the country`s media were present as well. Chairman of Azerbaijan Press Council Aflatun Amashov, President of Azerbaijan NGO Forum Rauf Zeyni, Chairman of International Eurasia Press Fund Umud Rahimoglu, President of Azerbaijan Internet Forum Osman Gunduz, Chairman of Democratic Journalists League Yadigar Memmedli, Editor-in-Chief of “Xalq Cebhesi” daily Elchin Mirzabeyli, Chairman of Journalists` Trade Union Mushfiq Alaskerli, Chairwoman of Women Journalists Association Sevil Yusifova, Chairman of “Yeni Nefes” (New Breath) Movement Seymur Hesenli congratulating Congress participants spoke on CASCFEN`s role and noted their appreciation with this organization. All speakers noted that CASCFEN can be good example for other organizations on NGO building.

The Presidium
The Presidium

Afterwards the organization`s diplomas were presented to following newspapers and persons:

“Xalq Cebhesi” and “Sherq” daily newspapers – for their support in CASCFEN`s information dissemination and contribution to freedom of expression culture;
Prof. Dr. Ramiz Asker – for his contribution to organization building and 60th anniversary;
Shamistan Alizamanli – for his contribution to organization building and 55th anniversary;
Ibrahim Ilyasli – for his contribution to organization building and 50th anniversary.

Diplomas
Diplomas

The Congress, chaired by Dr. Nushabe Huseynli, heard the reports of CASCFEN chairman Azer Hasret and Control Revision Commission`s (CRC) Chairwoman Sevda Asker.

Azer Hasret noted in his report the works done inside and outside of country, its membership to national and international organizations and stressed out CASCFEN`s successes.

Sevda Asker spoke about organization`s financial status and directions of expenditures. She noted that no any complaint was submitted from CASCFEN members during reported period.

Both reports were accepted unanimously by Congress participants.

Then the delegates elected new Board, CRC members and CASCFEN chair.

Prof. Dr. Ramiz Asker, Dr. Nushabe Huseynli, Azer Hasret, Elshad Pashasoy, Qalib Ibrahimoglu, Lale Musaqizi, Seher Ahmed, Nadir Azeri, Rey Kerimoglu were unanimously elected to CASCFEN Board membership.

Sevda Asker, Shamshir Alisoy and Ramile Qardashkhanqizi were elected to CASCFEN CRC membership.

At the end the Congress elected Azer Hasret as a chairman of CASCFEN. The decision was taken unanimously.

Group Photo
Group Photo

Some 72 delegates out of 136 CASCFEN members attended the Congress.

Photo album from Congress can be accessed here.

CASCFEN Press Service

Number of View: 35838