Tanınmış jurnalist Vaqif Əlixanlı CASCFEN-ə üzv olduProminent journalist Vaqif Alikhanli has joined CASCFEN

Toplantıdan görüntülər
Toplantıdan görüntülər

Bakı, CASCFEN, 26.11.2013 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) İdarə Heyəti 3 aylıq fasilədən sonra özünün növbəti toplantısını keçirib. Ötən bazar günü təşkil edilmiş toplantıda təşkilatın fəaliyyətilə bağlı mühüm qərarlar da qəbul edilib.

Qurumdan verilən xəbərə görə, tanınmış jurnalist, “Qobustan” jurnalının baş redaktoru və “Space” TV-nin redaktoru Vaqif Əlixanlı da daxil olmaqla daha bir neçə nəfər CASCFEN sıralarına qəbul edilib:

Vaqif Əlixanlı – “Qobustan” jurnalının baş redaktoru və “Space” TV-nin redaktoru
Allahverdi Teymurov – Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi, hüquq elmləri üzrə fəlsəfə doktoru
Ariz Akifoğlu – gənc ifadə azadlığı fəalı (Yevlax)
Aynur Tofiqqızı – gənc ifadə azadlığı fəalı (Yevlax)
Aysel Arazxanqızı – gənc ifadə azadlığı fəalı (Yevlax)
Mehriban Akifqızı – gənc ifadə azadlığı fəalı (Yevlax)
Samir Elmioğlu – gənc ifadə azadlığı fəalı (Yevlax)
Teymur Tofiqoğlu – gənc ifadə azadlığı fəalı (Yevlax)
Ülkər Hüseynqızı – gənc ifadə azadlığı fəalı (Yevlax)

Yeni üzvlərin qəbuluyla CASCFEN üzvlərinin sayı 135 nəfərə yüksəlib.

Toplantıda daha sonra bu il noyabrın 17-nə nəzərdə tutulmuş qurultayla bağlı sədr Azər Həsrət bilgi verib. O qeyd edib ki, ölkədəki siyasi proseslər və CASCFEN üzvlərinin bir çoxunun faktiki olaraq proseslərdə fəal iştirakı bu ali tədbirin təxirə salınmasına səbəb olub. Sədr təklif edib ki, qurultay növbəti ildə keçirilsin. Təklif qəbul edilib.

Eyni zamanda təşkilatın idarə edilməsində yeni qaydaların tətbiqi haqqında fikir mübadiləsi də aparılıb. Qərara gəlinib ki, İH üzvlərinin işlərinin çoxluğu nəzərə alınaraq gündəlik fəaliyyəti təmin etmək üçün quruma icraçı direktor cəlb edilsin.

QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə icra edilmiş “İfadə azadlığı mədəniyyəti” layihəsi haqqında layihənin rəhbəri Rey Kərimoğlu bilgi verib. O qeyd edib ki, layihə çərçivəsində Tərtərdə və Yevlaxda iki böyük tədbir keçirilib, ifadə azadlığı mədəniyyətinə aid kitab dərc edilərək paylanıb.

Sonda Azər Həsrət Prezident İlham Əliyevlə jurnalistlərin noyabrın 24-də keçirilmiş görüşündə iştirakı və eyni ayın 11-12-də ATƏT-in media azadlığı üzrə nümayəndəliyinin Tiflisdə təşkil etdiyi Güney Qafqaz konfransına qatılması haqqında məlumat verib. Toplantı iştirakçıları hər iki məsələyə münasibət bildirərək özəlliklə də Prezident İlham Əliyevin jurnalistlərlə görüşünü yüksək dəyərləndiriblər.

Toplantıda Azər Həsrət, sədr müavinləri Rey Kərimoğlu və Nadir Azəri, İH üzvləri – Prof. Dr. Ramiz Əskər, Dr. Nüşabə Hüseynli, Səhər Əhməd, Lalə Musaqızı, Qalib İbrahimoğlu və Elşad Paşasoy iştirak edib. Nəzarət Təftiş Komissiyasının sədri Sevda Əsgər (Elay) da toplantıya qatılıb.

Toplantıdan görüntü
Toplantıdan görüntü

CASCFEN Mətbuat Xidməti

The views from the meeting
The views from the meeting

Baku, CASCFEN, 26.11.2013 – The Baku based freedom of expression watchdog – the Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) has conducted its Board meeting after 3 months break. Some important decisions were made during the meeting which was realized the last Sunday.

According to news disseminated from the organization new members were accepted to CASCFEN including a prominent journalist, an editor-in-chief of “Qobustan” literature magazine and an editor of “Space” TV Vaqif Alikhanli.

A list of CASCFEN new members:

Vaqif Alikhanli – an editor-in-chief of “Qobustan” literature magazine and an editor of “Space” TV
Allahverdi Teymurov – senior researcher at the Azerbaijan National Academy of Sciences, Philosophy Doctor in Law
Ariz Akifoglu – young freedom of expression activist (Yevlakh city)
Aynur Tofiqqizi – young freedom of expression activist (Yevlakh city)
Aysel Arazkhanqizi – young freedom of expression activist (Yevlakh city)
Mehriban Akifqizi – young freedom of expression activist (Yevlakh city)
Samir Elmioglu – young freedom of expression activist (Yevlakh city)
Teymur Tofiqoglu – young freedom of expression activist (Yevlakh city)
Ulker Huseynqizi – young freedom of expression activist (Yevlakh city)

After getting these new members a number of CASCFEN members has reached 135.

Afterwards CASCFEN chairman Azer Hasret has briefed the Board members on planned congress for November 17, 2013. As he said due to political activities in the country CASCFEN had to postpone the congress as most of the members were involved in the political processes. He suggested to conduct the congress in 2014. The suggestion was supported by Board members.

The Board shared ideas about management of the organization. And it was decided to open executive director position to manage CASCFEN. It was said that all Board members are employed in different media outlets and universities and none of them is able to deal with daily activities.

Rey Kerimoglu, a deputy chairman of CASCFEN has briefed the Board on implementation of the project titled “Freedom of expression culture” which was supported by Support Council to NGOs. As he noted two big events were conducted in the framework of the project in Tartar and Yevlakh cities. And a book titled “Freedom of expression culture” was published and distributed.

At the end of the meeting CASCFEN chairman Azer Hasret has briefed the Board on the conference in Tbilisi, Georgia which was organized by OSCE representative office on the freedom of the media where he took part. Then he talked about the meeting of the journalists with the President Ilham Aliyev of Azerbaijan where took part himself as well. The Board members especially highly appreciated the meeting with President Ilham Aliyev.

The Board meeting was attended by Azer Hasret, Rey Kerimoglu, deputy chairman Nadir Azeri, the Board members – Prof. Dr. Ramiz Asker, Dr. Nushabe Huseynli, Lale Musaqizi, Seher Ahmed, Qalib Ibrahimoglu and Elshad Pashasoy. Sevda Asker (Elay), a chairwoman of the Control-Revision Commission has attended a meeting as well.

A view from the meeting
A view from the meeting

CASCFEN Press Service

Number of View: 49761