CASCFEN Tərtərdə söz azadlığı ilə bağlı seminar keçiribCASCFEN conducts a seminar in Tartar city on freedom of expression

Seminardan görüntülər
Seminardan görüntülər

Tərtər, CASCFEN, 29.07.2013 – İyulun 28-də Tərtər şəhərində Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı qrantla gerçəkləşdirdiyi “Söz azadlığı mədəniyyətinin təbliği” layihəsi çərçivəsində seminar keçirilib. Seminarın moderatoru, sözügedən layihənin rəhbəri Rey Kərimoğlu layihə haqqında ətraflı məlumat verib.

Azər Həsrət Həcər Əsgərovaya diplom təqdim edir
Azər Həsrət Həcər Əsgərovaya diplom təqdim edir

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət isə öncə təşkilat haqqında danışıb. O, Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı dünya standartlarına cavab verən qanunvericilik bazasının olduğunu bildirib, bu istiqamətdə dövlət tərəfindən görülən işlərdən söz açıb. CASCFEN sədri fürsətdən istifadə edərək yaradılmış şəraitə görə, Tərtər rayon icra hakimiyyətinə, həmçinin seminar üçün yer ayıran Beynəlxalq Avrasiya Mətbuat Fondunun regional peşə-təlim mərkəzinə təşəkkür edib.

Azər Həsrət həmçinin CASCFEN-in Qarabağ bölgəsi üzrə təmsilçisi Həcər Əsgərovaya qurumun işindəki fəallığına görə, təşkilatın diplomunu təqdim edib.

Tərtər rayon icra hakimiyyəti başçısının müavini Ramiz Şabanov Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında rayonda görülən quruculuq-abadlıq işlərindən, söz və mətbuat azadlığının vəziyyətindən danışıb. O, qeyd edib ki, CASCFEN tərəfindən həyata keçirilən layihə region üçün çox əhəmiyyətlidir.

Sonra CASCFEN İdarə Heyətinin üzvləri – Bakı Slavyan Universitetinin müəllimi Dr. Nüşabə Hüseynli və jurnalist Lalə Musaqızı tərəfindən seminar keçirilib.

Seminarda Tərtər rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, Polis İdarəsinin, Milli Təhlükəsizlik Nazirliyinin, Hərbi Səfərbərlik, Gənclər və İdman İdarələrinin səlahiyyətli nümayəndələri, bələdiyyə başçıları, dini icma rəhbəri, o cümlədən müharibədən zərərçəkənlər, rayon gəncləri, yerli “Yeni Tərtər” qəzetinin əməkdaşları və həmçinin Yevlaxda fəaliyyət göstərən El TV-nin nümayəndəsi iştirak edib.

Tədbir zamanı iştirakçılara CASCFEN-in eyni adlı layihə çərçivəsində çapdan çıxmış “İfadə azadlığı: fikir və söz azadlığı” adlı kitabı paylanıb, mövzuyla bağlı ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, avqustun 4-də Yevlax şəhərində eyni layihə çərçivəsində konfransın keçirilməsi də nəzərdə tutulur.

Dr. Nüşabə Hüseynli və Lalə Musaqızı
Dr. Nüşabə Hüseynli və Lalə Musaqızı

CASCFEN Mətbuat Xidməti

Views from the seminar
Views from the seminar

Tartar, CASCFEN, 29.07.2013 – The Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) has conducted a seminar on July 28, 2013 in Tartar city within the framework of the project titled “Freedom of Expression Culture Dissemination” supported with grant from the NGO Support Council of Azerbaijan. The moderator of the seminar, the Project leader Rey Karimoglu has informed participants about the Project.

Azer Hasret presents a Diploma to Hajar Askerova
Azer Hasret presents a Diploma to Hajar Askerova

The chairman of CASCFEN, a Board member of Azerbaijan Press Council Azer Hasret spoke about his organization. He noted that all needed laws in line with international standards on freedom of expression are in force in Azerbaijan. He noted the role of the state in implementation of these laws. Using the opportunity CASCFEN chairman has thanked Tartar district executive power and International Eurasia Press Fund`s Vocational Training Center for created circumstances to conduct a seminar in the region.

Afterwards he presented a Diploma of CASCFEN to organization`s Karabakh regional representative Hajar Askerova for her contributions and the role in the organization.

The deputy head of the Tartar Executive Power Ramiz Shabanov spoke about construction and renovation works implemented in the region based on the orders and recommendations of the President of Azerbaijan Mr. Ilham Aliyev. At the same time he noted important role of the freedom of expression and press. He said that CASCFEN`s project on the issue is very needed in the region.

Then two CASCFEN Board members – Baku Slavic University`s teacher Dr. Nushabe Huseynli and a journalist with “Kaspi” daily newspaper Lale Musaqizi gave the seminar to the participants.

The seminar was attended by the representatives of local branches of executive power, Ministry of Education, Ministry of Internal Affairs, Ministry of National Security, military mobilization authority, Ministry of Youth and Sport, heads of municipalities, religious community, war victims, local youths, local “Yeni Tartar” newspaper journalists and other journalists as well.

Dr. Nushabe Huseynli and Lale Musaqizi
Dr. Nushabe Huseynli and Lale Musaqizi

During the seminar a book titled “Freedom of expression: freedom of opinion and word” which is published within the framework of the Project was distributed among participants. The participants were active to discuss the theme.

We shall note that CASCFEN is going to conduct a conference with the same title in the city of Yevlakh on August 4, 2013.

CASCFEN Press Service

Number of View: 39611