CASCFEN Xalidə Xalidlə bağlı şübhəli susqunluğu qınadıCASCFEN condemns suspicious silence concerning Khalide Khalid`s case

Toplantıdan görüntü

Bakı, CASCFEN, 21.05.2013 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İdarə Heyətinin toplantısında bir sıra mühüm məsələlərlə yanaşı yeni üzvlərin qəbulu da müzakirə edilib.

Təşkilatdan verilən xəbərə görə, ilk öncə qurumun sədri Azər Həsrətin Orta Asiya səfəri haqqında məlumat dinlənilib. O, Qazaxıstan və Qırğızıstana etdiyi 15 günlük səfər çərçivəsində Avrasiya Media Forumunun prezidenti Dəriğə Nazarbayeva ilə görüşündən, həmçinin forumun işində iştirakından danışıb. Daha sonra qeyd edib ki, bu ölkənin aparıcı jurnalistlərinin iştirakı ilə Beynəlxalq Mətbuat İnstitutu Qazaxıstan Milli Komitəsinin təsis toplantısına qatılıb, Qazaxıstan Jurnalistlər İttifaqının sədri Seyitqazı Matayevlə müzakirə aparıb.

Azər Həsrət Qazaxıstanda olduğu müddətdə mərkəzi Qərargahı Astanada olan “Hüquq Media Mərkəzi” İctimai Fondu, həmçinin Almatıda yerləşən “Jurnalistlər Təhlükədə” İctimai Fondu ilə CASCFEN arasında qarşılıqlı yardım və işbirliyi haqqında memorandum imzaladığını deyib. O, Qırğızıstana səfəri çərçivəsində isə CASCFEN-in Orta Asiya baş təmsilçisi Ramiz Məşədihəsənli ilə birlikdə Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovla, “Kabar” İnformasiya Agentliyinin direktoru Kubanıçbek Taabaldıyevlə, həmçinin bir sıra başqa ictimai-siyasi xadimlərlə görüşlər keçirib. Qırğızıstan səfəri çərçivəsində CASCFEN sədri bu ölkədə fəaliyyət göstərən “Jurnalistlər” İctimai Birliyi ilə işbirliyi və qarşılıqlı dəstək haqqında memorandum imzalayıb.

Sədrin geniş məruzəsindən sonra CASCFEN üzvü olmaq üçün müraciət edən daha 14 nəfərin ərizələri tək-tək nəzərdən keçirilib və onlar qurumun üzvlüyünə qəbul edilib:

1. Araz Zeynalov – müstəqil jurnalist
2. Böyükağa Ağa – şair (Xaçmaz)
3. Çəmən Bayramova – İT mütəxəssisi (Yevlax)
4. Elşad Məmmədli – “Yeni Müsavat” qəzetinin redaktoru
5. Ələsgər Süleymanov – medianews.az saytının qurucusu
6. Füzuli Qurbanov – AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri
7. Hicran Əliqızı – gənc fəal (Yevlax)
8. Məmməd Qədir – şair (Xaçmaz)
9. Pənah Elqəm – şair (Xaçmaz)
10. Rəşad Qurbanov – gənc fəal (Yevlax)
11. Səməndər Mehdiyev – filoloq
12. Səyyad Sərraf – şair (Xaçmaz)
13. Telman Təravət – şair (Xaçmaz)
14. Zaur Rəsulzadə – 1news.az portalının siyasi şərhçisi

İdarə Heyəti 22 İyul Milli Mətbuat (Azərbaycan Jurnalistikası) Gününə hazırlıqla bağlı müzakirələr də aparıb. Bu günün ayrıca və fərqli qeyd edilməsi ilə bağlı təkliflər nəzərə alınaraq hazırlığa başlamaq üçün razılıq əldə edilib.

Daha sonra CASCFEN-in bu il sentyabrın 15-də keçirilməsi nəzərdə tutulan qurultayı ilə bağlı hazırlıq işləri müzakirə edilib.

CASCFEN İH həmçinin “Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxana edilən təhdid zəngləri, eyni zamanda İranda həbs edilmiş Azərbaycanlı yazar və araşdırmaçı Xalidə Xalidin məsələsi ətrafında müzakirələr aparıb. Qərara alınıb ki, Azər Ayxanın məsələsi diqqətdə saxlanılsın, Xalidə Xalidlə bağlı gəlişmələrə uyğun addımlar atılsın. Eyni zamanda o da vurğulanıb ki, Azərbaycanda fəaliyyət göstərən insan haqları və jurnalist qurumlarının Xalidə Xalidlə bağlı susqunluğu düşündürücüdür və qınanmalıdır.

Toplantıda sədr Azər Həsrətlə yanaşı sədr müavini Nadir Azəri, İH üzvlərindən Nüşabə Hüseynli, Səhər Əhməd, Elşad Paşasoy və Qalib İbrahimoğlu, həmçinin Nəzarət-Təftiş Komissiyasının sədri Sevda Əsgər və Məclis katibi Əfsanə Ələsgərli iştirak edib.

Toplantıdan görüntülər

CASCFEN Mətbuat Xidməti

Photo from the meeting

Baku, CASCFEN, 21.05.2013 – At the Board meeting of the Baku based Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) alongside with some important issues were discussed new member applications as well.

According to news, delivered by the Organization the Board heard the information of CASCFEN Chairman Azer Hasret about his recent Central Asia trip. He talked about the meeting with Eurasian Media Forum President Mrs. Dariga Nazarbayeva and his participation in Eurasian Media Forum during 15-day trip. Then he noted that has taken part in the founding meeting of the International Press Institute`s Kazakhstan National Committee and met the Chairman of the Kazakhstan Journalists Union Seyitqazi Matayev with whom discussed freedom of the media issues.

While being in Kazakhstan Azer Hasret has signed a memorandum on mutual support and collaboration with Astana based “Law Media Center” Public Foundation and Almaty based “Journalists in Danger” Public Foundation.

Within the trip to Kyrgyzstan together with CASCFEN Central Asia head Representative Ramiz Mashadihasanli he has visited Azerbaijani Ambassador to this country Mr. Hidayet Orujov, met the director of “Kabar” News Agency, and hold the meetings with different activists. He has signed a memorandum on mutual support and collaboration with Bishkek based Public Association “Journalists” as well.

After hearing the Chairman`s report the Board members reviewed one by one new applications for CASCFEN membership and the following 14 persons were accepted to organization.

1. Araz Zeynalov – independent journalist
2. Boyukaga Aga – poet (Khachmaz)
3. Chaman Bayramova – IT expert (Yevlakh)
4. Elshad Mammadli – editor of “Yeni Musavat” daily
5. Alasker Suleymanov – founder of the medianews.az news site
6. Fuzuli Qurbanov – head of the section at the Azerbaijan National Academy of Sciences` Philosophy, Sociology and Law Institute
7. Hijran Aliqizi – youth activist (Yevlakh)
8. Mammad Qadir – poet (Khachmaz)
9. Panah Elqam – poet (Khachmaz)
10. Rashad Qurbanov – youth activist (Yevlakh)
11. Samandar Mehdiyev – philologist
12. Sayyad Sarraf – poet (Khachmaz)
13. Telman Taravat – poet (Khachmaz)
14. Zaur Rasulzade – political commentator of 1news.az news portal

The Board has led discussions about preparations on July 22 National Press (Azerbaijani Journalism) Day as well. Taking into consideration the suggestions to mark this day in a different manner the Board decided to start preparations immediately.

Afterwards were discussed preparations to CASCFEN Congress to be held on September 15, 2013.

CASCFEN Board has discussed the phone call threats to “Yeni Musavat” editor Azer Aykhan and the case of Azerbaijani writer and investigator Khalide Khalid who was arrested in Iran. The Board decided to follow the both cases in terms of developments. At the same time the Board condemned suspicious silence of human rights and journalist organizations of Azerbaijan in regard to Khalide Khalid`s case.

Alongside with Chairman Azer Hasret and Deputy Chairman Nadir Azeri, the Board members Nushabe Huseynli, Sahar Ahmed, Elshad Pashasoy and Qalib Ibrahimoglu, a Chairwoman of Control-Revision Commission Sevda Asker and a Secretary of CASCFEN Permanent Assembly Afsane Alaskerli took part in the meeting.

Photos from the meeting

CASCFEN Press Service

Number of View: 28584