“Yeni Müsavat”ın redaktoruna qarşı təhdidlər araşdırılmalıdırThe threats against “Yeni Musavat” editor must be investigated

Azər Həsrət

Bakı, CASCFEN, 15.05.2013 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxana qarşı telefon təhdidləri ilə bağlı rahatsızlığını ifadə edib.

Qurumdan verilən xəbərə görə, təşkilatın sədri Azər Həsrət hüquq mühafizə orqanlarını baş verən olayı ən qısa müddətdə araşdırıb telefon terroru ilə məşğul olan şəxsləri müəyyənləşdirməyə və cazalandırmağa çağırıb.

“Biz ölkəmizdə hər bir məsələnin hüquq müstəvisində müzakirəsinə çalışmaqdaykən kimlərinsə aparıcı gündəlik qəzet olan “Yeni Müsavat”ın redaktoruna qarşı bu cür əməllərini yolverilməz hesab edirik. Belə hallar Azərbaycanın imicinə ciddi zərbə olmaqla bərabər mənfi tendensiyaların artmasına, jurnalistləri qorxu altında tutmağa hesablanmış ola bilər. Halbuki Azərbaycan dövləti ən yüksək səviyyədə jurnalist təhlükəsizliyi məsələsinə həssas yanaşmaqdadır və ona görə də belə təhdidlərlə çıxış edənlər hər şeydən öncə ölkə rəhbərliyinin mətbuat azadlığı ilə bağlı fikirlərinə sayğısızlıq etmiş olurlar”, – deyə CASCFEN sədri Azər Həsrət bildirib.

Təhdidlərlə bağlı Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin adının hallanmasına da münasibət bildirən Azər Həsrət deyib ki, “adı çəkilən şəxs hamıdan əvvəl bu təhdidlərin araşdırılmasında maraqlı olmalıdır”.

“Biz hörmətli E.Vəliyevin bu məsələdə rolunun olacağını düşünməsək də hadisənin araşdırılmasında və açıq nömrələrdən zəng edərək tanınmış jurnalisti təhdid edənlərin aşkarlanmasında ciddi rol oynaya biləcəyinə inanırıq. Buna görə də onu və müvafiq hüquq mühafizə orqanlarını mümkün qədər tez bir zamanda olayı araşdırmağa çağırırıq”, – deyə Azər Həsrət bildirib.

Xatırladaq ki, “Yeni Müsavat” qəzeti 12 may 2013-cü il tarixində saat 21:00 radələrindən başlayaraq gizlədilməyən nömrəli telefonlardan Azər Ayxana məxsus telefona təhdid və təhqir dolu zəng və mesajların gəldiyi haqqında açıqlama yayıb. Zəng edən və mesaj yazan şəxslər qəzetdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev haqqında yazılara son qoymağı, ondan “əl çəkməyi” tələb ediblər.

CASCFEN Mətbuat Xidməti

Azer Hasret

Baku, CASCFEN, 15.05.2013 – The Baku based freedom of expression watchdog – Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) has expressed its concern about phone threats towards editor of “Yeni Musavat” daily Azer Aykhan.

According to news delivered by the organization the Chairman of CASCFEN Azer Hasret has called on law enforcement bodies to investigate the case immediately, identify those dealing with phone terror and punish in an appropriate manner.

“While we are working to provide discussion for resolution of any kind of problems, it is not allowed to blow out this kind of threats towards an editor of such a leading daily newspaper like “Yeni Musavat”. This kind of acts causing a damage to the image of Azerbaijan can be considered as a pretext to widen cases of negative approach towards journalists and keep them under the fear. But the Azerbaijani government is very sensitive to the journalists safety issue and those acting with such threats first of all express disrespect to the leadership of the country in regard to freedom of press” – has said CASCFEN Chairman Azer Hasret.

Regarding the claims on involvement to the threats by the head of the executive power of Ganja City Elmar Valiyev, Azer Hasret said, “Mentioned person should be more interested in investigating this case”.

“While we don`t tend to think that Mr. E.Valiyev can be involved in these threats we think that he can play a tremendous role to identify those who blew threats to journalists through open mobile phone numbers. That’s why we call on him and appropriate law enforcement bodies immediately investigate the case” – has added Azer Hasret.

We shall remind that the daily “Yeni Musavat” disclosed an information saying that starting from 21.00 hour on May 12, 2013 some unknown persons have called and sent SMS with threats to the editor of the newspaper Azer Aykhan. Those calling and sending SMS demanded to stop writing about the head of the City of Ganja Elmar Valiyev.

CASCFEN Press Service

Number of View: 6631