CASCFEN daha bir Qazaxıstan təşkilatı ilə əməkdaşlığı rəsmiləşdirdiCASCFEN officializes cooperation with one more Kazakhstani organization

Azər Həsrət və Rozlana Taukina memorandumu imzalarkən

Almatı, CASCFEN, 07.05.2013 – Mayın 7-də Qazaxıstanın keçmiş paytaxtı Almatı şəhərində bu ölkədə fəaliyyət göstərən “Jurnalistlər Təhlükədə” İctimai Fondu ilə mərkəzi qərargahı Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) arasında memorandum imzalanıb.

CASCFEN sədri Azər Həsrətin Almatıdan verdiyi xəbərə görə, “Qarşılıqlı yardım və beynəlxalq səviyyədə dəstək yönündə işbirliyi haqqında” memorandum adlanan sənəd onu imzalayan tərəflərin on ilə yaxın davam edən işbirliyini rəsmiləşdirmək üçündür.

“Bu sənədə görə CASCFEN və “Jurnalistlər Təhlükədə” İF hər iki ölkədə söz və mətbuat azadlığı, həmçinin jurnalistlərin hüquq və azadlıqlarının qorunması, eyni zamanda beynəlxalq səviyyədə qarşılıqlı dəstəklə bağlı öhdəlik götürür. Bu işi daha yaxşı gerçəkləşdirə bilmək üçün tərəflər sənədə mütəmadi informasiya mübadiləsi ilə bağlı maddə də əlavə edib”, – deyə Azər Həsrət bildirib.

Xəbərdə o da deyilir ki, Memorandumu “Jurnalistlər Təhlükədə” İF adından qurumun direktoru Rozlana Taukina, CASCFEN adından isə sədr Azər Həsrət imzalayıb.

Azər Həsrət və Rozlana Taukina imzalanmış memorandumla

Onu da əlavə edək ki, aprelin 24-dən Orta Asiyada səfərdə olan Azər Həsrət bundan öncə Qazaxıstanın paytaxtı Astanada “Hüquq Media Mərkəzi” İctimai Fondu və Qırğızıstanın paytaxtı Bişkekdə “Jurnalistlər” İctimai Birliyi ilə bənzər sənədlər imzalayıb.

CASCFEN sədrinin mayın 8-də Azərbaycana qayıdacağı gözlənilir.

CASCFEN Mətbuat Xidməti

Azer Hasret and Rozlana Taukina while signing the Memorandum

Almaty, CASCFEN, 07.05.2013 – On May 7, 2013 in the former capital of Kazakhstan, Almaty city was signed a Memorandum between Public Foundation “Journalists in Danger” acting in this country and Baku, Azerbaijan based Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN).

According to news delivered by CASCFEN chairperson Azer Hasret from Almaty, the document, titled “Memorandum about cooperation on mutual collaboration and support on international level” was signed to officialize cooperation between two organizations which has about ten years history.

“Based on this document CASCFEN and PF “Journalists in Danger” take obligation for mutual support in order to defend freedom of expression and press, journalists` rights and freedoms in both countries and provide mutual support to each other on international level. In order to implement these obligations the sides have included to the document a clause on mutual information exchange as well”, – has said Azer Hasret.

It is said in the organizational press release of CASCFEN the document was signed on behalf of “Journalists in Danger” PF by its director Mrs. Rozlana Taukina and on behalf of CASCFEN by its chairperson Mr. Azer Hasret.

Azer Hasret and Rozlana Taukina with signed memorandum

It is necessary to add that Azer Hasret, whose Central Asian trip started on April 24, 2013, has signed likewise documents with “Law Media Center” in Astana, Kazakhstan and Public Association “Journalists” in Bishkek, Kyrgyzstan as well. His trip ends on May 8.

CASCFEN Press Service

Number of View: 7177