CASCFEN 3 mayı Qırğızıstanda memorandumla qeyd etdiCASCFEN marks May 3 with signing a Memorandum in Kyrgyzstan

Memorandumun imzalanması

Bişkek, CASCFEN, 03.05.2013 – Xəbər verdiyimiz kimi Orta Asiyada uzunmüddətli səfərdə olan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət aprelin 26-da Qazaxıstanın paytaxtı Astanada “Hüquq Media Mərkəzi” İctimai Fondu ilə qarşılıqlı dəstək və işbirliyi haqqında memorandum imzalayıb. Təşkilatdan verilən xəbərə görə, CASCFEN daha bir memorandumu Qırğızıstanda imzalayıb.

CASCFEN sədri Azər Həsrətin Qırğızıstanın paytaxtı Bişkekdən verdiyi xəbərə görə, 3 May Ümumdünya Mətbuat Azadlığı Günündə adı çəkilən təşkilatla həmin ölkədə fəaliyyət göstərən “Jurnalistlər” İctimai Birliyi arasında “Qarşılıqlı yardım və beynəlxalq səviyyədə dəstək yönündə işbirliyi haqqında” memorandum imzalanıb. Sonuncu Kanadanın Toronto şəhərində yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi (IFEX) və Brüsseldə yerləşən Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) üzvüdür.

İmzalanmış nüsxələrin mübadiləsi

Memorandumla tərəflər informasiya mübadiləsi, beynəlxalq təşkilatlarda və tədbirlərdə qarşılıqlı şəkildə bir-birilərinin mənafeyini qorumaq, eyni zamanda təmsil etdikləri ölkələrdə ifadə azadlığının, jurnalistlərin hüquq və azadlıqlarının qorunmasında birgə addımlar atmaq barədə öhdəlik götürür.

Memorandumda o da qeyd edilib ki, tərəflər informasiya mübadiləsi zamanı yalnız qanunla qorunmayan və ümumaçıq informasiyalardan istifadə edə bilərlər.

Qırğızıstanın paytaxtı Bişkek şəhərində CASCFEN baş təmsilçiliyinin ofisində baş tutan imzalanma mərasimində qurumun Orta Asiya üzrə baş təmsilçisi Ramiz Məşədihəsənli və Qırğızıstanlı diplomat, fövqəladə və səlahiyyətli səfir Kuban Mambetaliyev iştirak edib. Sənədi CASCFEN-in adından sədr Azər Həsrət, “Jurnalistlər” İB-nin adından isə qurumun İdarə Heyətinin sədri Marat Tokoyev imzalayıb.

Marat Tokoyev, Kuban Mambetaliyev, Azər Həsrət və Ramiz Məşədihəsənli

CASCFEN Mətbuat Xidməti

Signing the Memorandum

Bishkek, CASCFEN, 03.05.2013 – As we have reported earlier Azer Hasret, a chairperson of CASCFEN, executing a long-term visit to Central Asia has signed a “Memorandum about cooperation on mutual collaboration and support on international level” with the Public Foundation “Law Media Center” acting in Kazakhstan. Just according to news delivered from the organization, CASCFEN has signed one more likewise Memorandum in Kyrgyzstan as well.

According to news delivered to mass media by CASCFEN chairperson Azer Hasret from Kyrgyz capital, Bishkek, on May 3 World Press Freedom Day the mentioned organization has signed a “Memorandum about cooperation on mutual collaboration and support on international level” with the Public Association “Journalists”, acting in this country. The latter is a member of Toronto, Canada based International Freedom of Expression eXchange (IFEX) and Brussels based International Federation of Journalists (IFJ).

Exchange of signed copies

Based on the Memorandum, the sides take obligation to share information, defend mutually the interests of each other on international organizations and international events, and take common steps to ensure freedom of expression, defend the rights and freedoms of journalists in their respective countries together.

It is noted in the Memorandum that the sides shall use legally open to all and not protected by the laws information only to share.

In the ceremony of signing, which was executed in the CASCFEN Central Asian head representative`s office in Bishkek city, took part Ramiz Mashadihasanli, the head representative of CASCFEN and a diplomat, plenipotentiary and extraordinary ambassador of Kyrgyz Republic Mr. Kuban Mambetaliyev. CASCFEN chairperson Azer Hasret and a chairperson of the Board of Public Association “Journalists” Marat Tokoyev signed the document.

Marat Tokoyev, Kuban Mambetaliyev, Azer Hasret and Ramiz Mashadihasanli

CASCFEN Press Centre

Number of View: 9670