CASCFEN beynəlxalq təşkilatları İrana təzyiq etməyə çağırdıCASCFEN calls on international organizations to press on Iran to free Azerbaijani writer

Khalide Khalid

Təbriz, CASCFEN, 01.05.2013 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İran xüsusi xidmət orqanı olan ETTELAAT tərəfindən 30 aprel 2013-cü ildə Təbrizə səfər zamanı həbs edilən Azərbaycan vətəndaşı, yazar, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu Türk Xalqları Ədəbiyyatı şöbəsinin elmi işçisi Xalidə Xalidin azad edilməsi üçün beynəlxalq təşkilatlara müraciət edib.

Təşkilatın İrandakı mənbələrdən əldə etdiyi bilgiyə görə, Xalidə Xalid ədəbiyyat və mədəniyyətlə bağlı tədbirdə iştirak etmək üçün Təbriz şəhərinə dəvət edilib. O və daha 6 nəfər dəvət edən tərəfin – Oqtay Rəşidi adlı İran vətəndaşının atasının evində olarkən ETTELAAT məmurları tərəfindən həbs edilib. İran xəfiyyələri evdə axtarış apararaq kompüter və ədəbiyyat nümunələrini də müsadirə ediblər.

Hələlik Xalidə Xalid və digərlərinin harada saxlandığı haqqında bilgi yoxdur.

CASCFEN İran fanatik molla rejiminin bir qayda olaraq qondarma bəhanələrlə Azərbaycan Respublikası vətəndaşlarını və İran Azərbaycanlılarını həbs etmə praktikasına əsaslanaraq dünya ictimaiyyətini mümkün qədər tez hərəkətə keçməyə, Xalidə Xalidin və digərlərinin həbsdən azad edilməsi üçün təzyiq etməyə çağırır.

Yeri gəlmişkən, bu, İran molla rejiminin Azərbaycan Respublikası vətəndaşı olan yazarları həbs etməsi ilə bağlı ilk hal deyil. Düz bir il öncə iki Azərbaycanlı gənc şair – Fərid Hüseyn və Şəhriyar Hacızadə də İran tərəfindən dəvət edildikləri bir poeziya tədbiri üçün getdikləri Təbriz şəhərində həbs edilmişdilər. Onlar 29 aprel 2012-ci ildə gəldikləri Təbrizdə 4 gün sonra İran xüsusi xidməti olan ETTELAAT xəfiyyələri tərəfindən “uyuşdurucu daşımağa görə”, həbs edilmişdilər. Daha sonra isə hər iki gənc “İsrailin xeyrinə casusluq etdikləri üçün” ittihama məruz qalmışdılar. Lakin beynəlxalq ictimaiyyətin və Azərbaycan hökumətinin basqıları sonucu hər iki gənc azad edilmişdi.

CASCFEN Mətbuat Xidməti

Khalide Khalid

Tabriz, CASCFEN, 01.05.2013 – According to news, delivered by Iran based sources, an Azerbaijani citizen, a scientific worker of the Turkish People`s Literature section at the Institute of Literature of the National Academy of Sciences of Azerbaijan and a member of Azerbaijan Journalists Union Khalide Khalid was arrested by Iranian special services – ETTELAAT in the city of Tabriz on April 30, 2013.

As told Iran based news sources, Ms. Khalide Khalid was invited to Iran to take part in an event related to literature and culture. She and other six activists were arrested while being at home of inviting person of Iranian decent Oqtay Rashidi`s father. The Iranian ETTELAAT employees searched the home and confiscated a laptop, literature and other belongings of Khalide Khalid and others.

Whereabouts of Khalide Khalid and others is not known yet.

The CASCFEN knowing that the Iranian clerical mullah regime usually uses pretexts to press on Azerbaijani citizens and Azerbaijanis with Iranian citizenship calls on the world community to act as immediately as possible to free Khalide Khalid and others.

This is not a first case while Iranian regime arrests Azerbaijani writers. A year ago, two citizens of the Republic of Azerbaijan, young poets Farid Huseyn and Shahriyar Hajizade (del Gherani) were invited by Iranian side to city of Tabriz to take part in an event dedicated to poetry as well. They traveled to Tabriz on April 29, 2012. After 4 days of being there they were detained by Iranian intelligence service – ETTELAAT agents on May 3, 2012 and accused on “narcotic transportation”. A bit later, they were accused of “spying for Israel”. But after continues pressure by international organizations and Azerbaijani government both of them had to be freed.

Contact:
Azer Hasret
CASCFEN Chairman
+994 50 335 2795
azer@azerhasret.com

Number of View: 24582