Dunja Mijatović Qırğızıstanda fergananews.com saytına girişin bərpasını alqışlayırDunja Mijatović welcomes restored access to fergananews.com in Kyrgyzstan

Dunja Mijatović

Vyana, ATƏT, 12.04.2013 – ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatović bu gün Qırğızıstanda fergananews.com xəbər saytına girişin bərpa edilməsini alqışlayıb.

“Oxucuların sayta girişinə yenidən izn verməklə Qırğızıstan ATƏT-in media azadlığı istəklərini və özünün senzuranı yasaqlayan Anayasa dəyərlərini şərəfləndirib. Bu, həqiqətən də Qırğızıstanda internet azadlığı üçün müsbət işarədir”, – deyə Mijatović qeyd edib. O, bu əngəlləmə məsələsini rəsmilərlə dəfələrlə müzakirə etmişdi.

Fergananews.com 2012-ci ilin fevralında Dövlət Kommunikasiya Agentliyinin istəyi üzərinə Qırğızıstanın internet xidməti təminatçıları tərəfindən əngəllənmişdi. Agentlik Qırğız parlamentinin qətnaməsi əsasında bu addımı atmışdı. Qətnaməyə görə sayt 2010-cu ilin iyun hadisələrini tərəfli bir şəkildə işıqlandırırmış. Aprelin 10-da əsas internet təminatçıları saytın əngəllənməsini aradan qaldıraraq girişə icazə veriblər.

Mijatović ATƏT bölgəsindəki bütün rəsmilərə müraciət edərək tənzimləyici və inzibati imkanlardan istifadə etməklə informasiyaya girişi əngəlləməməyə, əksinə, bənzər əngəlləmələrin qarşısını almaq üçün hüquq təminatları yaratmağa çağırıb.

“Veb saytlar yalnız o halda qanunla əngəllənə bilər ki, onların məzmunu açıq cinayət tərkibli olsun. Və bu da beynəlxalq standartlar çərçivəsində məhkəmə yolu ilə müəyyən edilmiş olmalıdır”, – deyə o, bildirib.

İngiliscədən tərcümə: CASCFEN

Dunja Mijatović

Vienna, OSCE, 12.04.2013 – The OSCE Representative on Freedom of the Media, Dunja Mijatović, welcomed today the restored access to news website fergananews.com in Kyrgyzstan.

“By giving readers access to the site again, Kyrgyzstan has honoured OSCE media freedom commitments and its constitutional values prohibiting censorship. This is indeed a positive sign for Internet freedom in Kyrgyzstan,” Mijatović said, who had repeatedly raised the issue of the blockage with the authorities.

Fergananews.com was blocked by Internet service providers in Kyrgyzstan in February 2012 following a request from the State Communication Agency. The agency acted on a parliamentary resolution that called for the blockage on Kyrgyz territory, citing the site’s allegedly biased reporting on the June 2010 events in the country. On 10 April, major providers unblocked the site and restored access.

Mijatović called on all authorities in the OSCE region to refrain from using their regulatory and administrative leverage over providers to restrict access to information, and to introduce legislative guarantees to avoid similar blockages in the future.

“Websites may be legitimately blocked only when their content constitutes a clear criminal offence, which should be determined by a court of law in accordance with international standards,” she said.

Number of View: 24002