Azərbaycanlı jurnalistlər Orta Asiyaya gedirAzerbaijani journalists to travel to Central Asia

Umud Rəhimoğlu və Azər Həsrət

Bakı, CASCFEN, 18.04.2013 – Bu il aprelin 25-26-da Qazaxıstanın paytaxtı Astanada Prezident Nursultan Nazarbayevin qızı, deputat Dəriğə Nazarbayevanın başçılıq etdiyi Avrasiya Media Forumunun 11-ci toplantısı keçiriləcək. Dünyanın bir çox ölkələrindən siyasət, biznes və media adamlarının qatılacağı toplantıya Azərbaycandan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu ilə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət də dəvət edilib.

Azər Həsrətin mediaya verdiyi bilgiyə görə, onlar dəvəti qəbul edərək ayın 24-də Qazaxıstana yola düşəcəklər. Toplantıda iştirakla bərabər müxtəlif şəxslərlə görüşlərin nəzərdə tutulduğu səfər çərçivəsində D.Nazarbayeva ilə ayrıca müzakirələrin aparılması da planlaşdırılır.

CASCFEN sədri bildirib ki, onlar Forumun işində iştirak etdikdən sonra Almatı şəhərinə gələrək burada Beynəlxalq Mətbuat İnstitutu (BMİ) Qazaxıstan Milli Komitəsinin təsis yığıncağına qatılacaqlar. Bundan sonra isə qonşu Qırğızıstana səfər edərək orada BMİ Qırğızıstan Milli Komitəsinin quruculuq işlərinin durumu ilə tanış olacaqlarını deyən Azər Həsrət qeyd edib ki, U.Rəhimoğlu dərhal Azərbaycana qayıdacaq, o isə səfər proqramını mayın 8-dək davam etdirəcək.

CASCFEN sədri Azər Həsrətin səfər proqramında qurumun Orta Asiya baş təmsilçiliyinin işi ilə maraqlanmaq, həmçinin hər iki ölkədə ayrı-ayrı jurnalist qurumlarının rəhbərləri və ictimai-siyasi fəallarla görüşlər nəzərdə tutulub.

CASCFEN Mətbuat Xidməti

Umud Rahimoglu and Azer Hasret

Baku, CASCFEN, 18.04.2013 – On April 25-26 of this year in the capital of Kazakhstan, Astana city will be hold the 11th Eurasian Media Forum (EAMF) headed by Dariga Nazarbayeva, the daughter of the President Nursultan Nazarbayev and the deputy of Kazakh Parliament. Many prominent politicians, businessmen and media people are invited to the event. The International Eurasia Press Fund`s chairman Umud Rahimoglu and a chairman of the Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) Azer Hasret are invited to the event as well.

According to news delivered to media by Azer Hasret, they both have accepted the invitation and are going to travel to Astana on April 24. Alongside with participation in the gathering they are planning to conduct a separate meeting with Dariga Nazarbayeva as well.

CASCFEN chairman has said that after taking part at the work of EAMF they will travel to Almaty and take part in the founding meeting of the Kazakh National Committee of the International Press Institute. Afterwards they will travel to Bishkek, Kyrgyzstan and get acquainted with the work towards establishment of Kyrgyz National Committee of IPI. Azer Hasret has added that Umud Rahimoglu will come back immediately after this but he will continue his trip until May 8.

As told Azer Hasret he will then work with the head office of CASCFEN in Central Asia and have the meetings with different socio-political activists and different journalist organizations.

CASCFEN Press Service

Number of View: 23568