CASCFEN-in Orta Asiya baş təmsilçisi ilk görüşünü keçiribCASCFEN Central Asian head representative conducts his 1st meeting

Sağdan: Akif Rəfibəyli və Əziz Əliyev

Bişkek, CASCFEN, 07.03.2013 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) Orta Asiya üzrə baş təmsilçisi, AzTV-nin Almaniyadakı keçmiş təmsilçisi, hazırda Qazaxıstanda və Qırğızıstanda fəaliyyət göstərən və bu ölkələrdə dərc edilən “Vətən” və “Türkel” qəzetlərinin, həmçinin “Altın köprü” dərgisinin baş redaktoru Ramiz Məşədihəsənli təşkilatın təmsilçisi kimi Bişkekdə ilk görüşünü keçirib.

Görüşdə iştirak edən Azərbaycan icmasının Qırğız Respublikasındakı yeni rəhbəri, Qırğızıstanın Əməkdar Huquqçusu, I dərəcəli Ədliyyə müşaviri Əziz Əliyev və 1929-32-ci illərdə Qazaxıstan və Orta Asiya Respublikalarına sürgün olunmuş Rəfibəylilər nəslinin davamçısı Akif Rəfibəyli CASCFEN-in Orta Asiya bürosunun açılması münasibətilə təbriklərini söyləmiş, bu təşkilata fəaliyyətində uğurlar diləmişlər.

R.Məşədihəsənli mərkəzi iqamətgahı Bakı şəhərində olan qurumun amacı, qarşısına qoyduğu məqsəd və vəzifələr barədə məlumat vermiş, keçən 10 il ərzində CASCFEN-in gördüyü işlərdən danışmışdır.

Yaxın vaxtlarda Orta Asiya Respublikalarında CASCFEN-in təmsilçilərinin seçiləcəyini bildirən R.Məşədihəsənli bu Ulu Türküstan ellərində məskunlaşan soydaşlarımızı daha da fəal olmağa, bir çatı altında birləşərək ümumi problemlərimizin çözümünə dəstək olmağa çağırmışdır.

Azərbaycan İcmasının başçısı CASCFEN rəhbərliyi və idarə heyətinə bu ölkədə baş təmsilçiliyin açılması münasibətilə təşəkkürlərini ifadə etmişdir. Ə.Əliyev Qırğızıstanda 17 mindən çox soydaşımızın yaşadığını bildirərək, təəssüflə onların da 3-4 ictimai qurum ətrafında ayrı-ayrılıqda fəaliyyət göstərdiklərini dilə gətirmiş, bu təşkilatlarımızın birlikdə fəaliyyət göstərmələri üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.

Rəfibəylilər nəslinin nümayəndəsi Akif Rəfibəyli isə, özüylə gətirdiyi Azərbaycan Demokratik Cümhuriyyərinin silahlı qüvvələrinə aid və xüsusilə 1918-1920-ci illərdə çəkilmiş Xudadat Bəy Rəfibəylinin də aralarında olduğu toplu bir rəsmi CASCFEN-in baş təmsilçisinə təqdim etmişdir. Sonra o, bir əsrdən çox tarixçəsi olan Rəfibəylilər nəslinin tibbi dinastiyasının Qırğızıstan boyu haqqında qısaca bilgi vermişdir.

Xudadat Bəy Rəfibəyli qara libasda ortada oturmuş halda
From right: Akif Rafibeyli and Aziz Aliyev

Bishkek, CASCFEN, March 07, 2013 – The head representative of CASCFEN in Central Asia Ramiz Mashadihasanli has held his 1st meeting in Bishkek, Kyrgyzstan.

Aziz Aliyev, the head of Azerbaijani Diaspora, honored jurist of Kyrgyzstan and justice councelor of 1st degree and Akif Rafibeyli, the representative of Rafibeyli family of Azerbaijan who was forced to exile to Central Asia by Stalin regime in 1929-32 years was present at the meeting. Both guests have congratulated Ramiz Mashadihasanli with his appointment as a CASCFEN head representative in the region and opening of bureau in Bishkek.

R.Mashadihsanli informed the guests about CASCFEN`s goals and activities with the headquarters in Baku and talked about organization`s 10 years history.

CASCFEN head representative told as well about plans to appoint representatives in each country of the region and called on Azerbaijani Diaspora representatives to be more active in this region of Great Turkestan in order to integrate into the societies where they live.

The head of Azerbaijani community Aziz Aliyev thanked CASCFEN leadership for opening the head representative office in Central Asia. He noted that more than 17 thousands Azerbaijanis live in Kyrgyzstan and all of them are feeling themselves as a part of Kyrgyz society. He also noted that it would be better if all Azerbaijani Diaspora organizations could unite in Kyrgyzstan.

The representative of Rafibeyli family Akif Rafibeyli presented to CASCFEN head representation a photo of Azerbaijani armed forces dated back to 1918-20 years where his ancestor Khudadat bey Rafibeyli is also depicted. Then he talked about Rafibeyli family`s life in Kyrgyzstan.

Khudadat Bey Rafibeyli with black dress sitting

Number of View: 8368