CASCFEN 10 illik yubileyini ziyafətlə qeyd edəcəkCASCFEN to mark 10 years jubilee with reception

CASCFEN İdarə Heyəti

Bakı, CASCFEN, 07.03.2013 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) bu il martın 20-də tamam olacaq 10 illik yubileyini ziyafətlə qeyd etməyə qərar verib. Qurumdan verilən xəbərə görə, bu məqsədlə martın 17-də Bakıdakı otellərdən birində Novruz bayramı və təşkilatın yubileyinə həsr edilmiş ziyafətə yalnız CASCFEN üzvləri dəvət ediləcək. Maraqlı məsələlərdən biri də ziyafətə təşkilatın üzvü olmayan şəxslərin, demək olar ki, dəvət edilməməsidir.

CASCFEN sədri Azər Həsrət bununla bağlı mətbuata verdiyi açıqlamada qeyd edib ki, hazırda sıralarında 88 nəfəri birləşdirən qurumda ölkənin tanınmış qələm adamları, ictimai xadimləri birləşib.

“Biz, əlbəttə anlayırıq ki, çoxlu sayda dostlarımız da bu sevincimizi paylaşmaq istərdilər. Lakin siyahı tutarkən bəlli oldu ki, belə olacağı təqdirdə ən azı əlavə üç yüz nəfəri dəvət etməliyik ki, heç kim diqqətdən kənarda qalmasın. Nəzərə alsaq ki, bu tədbirimizi daxili imkanlar hesabına təşkil edirik, indiki halda böyük sayda insanların qatılımı ilə tədbir keçirməyimiz imkansızdır. Ona görə də yalnız üzvlərimizin qatılacağı bir ziyafət təşkil edirik”, – deyə Azər Həsrət bildirib.

Xatırladaq ki, CASCFEN 20 mart 2003-cü ildə Bakı şəhərində təsis edilib. Ötən dövr ərzində qurum xüsusilə də Orta Asiya ölkələri ilə bağlı geniş fəaliyyət göstərib və hətta fəaliyyətinin bir ili tamam olarkən – 2004-cü ildə Beynəlxalq Mətbuat İnstitutunun “Azad media öncülü” mükafatına layiq görülüb. CASCFEN ötən ilin iyun ayında Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycandakı fəaliyyətini ciddi şəkildə genişləndirib və hazırda ölkənin ən yaxşı təşkilatlanan jurnalist qurumlarından birinə çevrilib.

CASCFEN Board

Baku, CASCFEN, March 07, 2013 – Central Asian & Southern Caucasian Freedom of Expression Network (CASCFEN) is going to mark its 10 years jubilee with reception which is the 20th of March. According to press release delivered by the organization, only CASCFEN members are invited to the event to be held on March 17 in one of the Baku hotels.

Azer Hasret, CASCFEN chairman noted that his organization has 88 members for now and most of them are prominent journalists, writers and public actors. And that’s why organization`s Board decided to mark its jubilee just with members only.

“Of course we understand that a lot of friends would like to share our joy as well. But while compiling a list of potential invitees it has become clear that we should invite at least 3 hundreds guests in order not to leave any one of our friends. But taking into consideration that we are arranging this event based only on internal capabilities, it is impossible to conduct this event with participation of such a huge amount of attendants. That’s why we are arranging our jubilee with participation of only members” – has told Azer Hasret.

We shall remind that CASCFEN was launched on March 20, 2003 in Baku, Azerbaijan. It was more active in the countries of Central Asia within its period of existence and had won International Press Institute`s Free Media Award in 2004. CASCFEN was registered only after 9 years by the Ministry of Justice of the Republic of Azerbaijan and broadened its activities in Azerbaijan as well. After this many prominent media workers, journalists and writers joined CASCFEN and it has become one of the best organized journalist organizations of the country.

Number of View: 4187