CASCFEN-dən 10 illik yubiley və mədəniyyətə dəstək qərarlarıCASCFEN to mark 10th anniversary and support the culture

Toplantıdan görüntü

Bakı, CASCFEN, 14.01.2013 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) 13 yanvar 2013-cü il tarixində keçirilən İdarə Heyətinin toplantısında mühüm qərarlar qəbul edib.

Qurumdan verilən xəbərə görə, təşkilat yanvarın 12-də Bakıda “Əsgər ölümünə son!” şüarı altında keçirilən aksiyada jurnalistlərə qarşı polislərin davranışlarını da müzakirə edib. Məsələ ilə bağlı hadisə yerində müşahidə aparan CASCFEN sədrinin müavinləri Nadir AzəriRey Kərimoğlunun məlumatı dinlənilib. Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bu tədbir zamanı media təmsilçilərinə qarşı hər hansı qanun pozuntusuna yol verməyib, əksinə, jurnalistlərə qarşı daha nəzakətli davranışları ilə seçiliblər. İH üzvləri bu halı müsbət dəyərləndirərək polisin gələcəkdə də belə davranmasını arzu etdiklərini deyiblər.

Toplantıda müzakirə edilən məsələlər sırasında CASCFEN-in 10 illik yubileyinin keçirilməsi, “Onlayn etika – Netiket” layihəsinin icrası, həmçinin “Mədəniyyətə və incəsənətə dəstək” kampaniyasının təşkil edilməsi də olub.

CASCFEN İH qurumun bu il martın 20-nə təsadüf edən 10 illik yubileyinə hazırlıq üzrə təşkilat komitəsi formalaşdırıb. Komitəyə Azər Həsrət, Nadir Azəri, CASCFEN Məclisinin sədri Aqil Camal və katibi Əfsanə Ələsgərli, həmçinin Nəzarət-Təftiş Komissiyasının sədri Sevda Əsgər daxil olub.

İH daha öncə təxirə salınmış “Onlayn etika – Netiket” layihəsinin icrasına mart ayında başlamaq qərarına gəlib.

“Mədəniyyətə və incəsənətə dəstək” kampaniyasına gəlincə, CASCFEN-dən bildiriblər ki, bundan əsas məqsəd ölkədə bu sahənin populyarlığının qorunub saxlanması üçün ictimai rəyə təsir etməkdir. Qurumdan onu da əlavə ediblər ki, Bakı Uşaq Teatrı ilə birlikdə artıq bu yöndə ilk addımlar atılmaqdadır.

İH həm də quruma yeni üzvlərin qəbulunu gerçəkləşdirib. “Turan” İnformasiya Agentliyinin reaktoru İlham Şaban, “Olaylar” qəzeti baş redaktorunun müavini Elman Cəfərli, “Alyans” İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə, “S Group” Reklam və Dizayn Mərkəzi İnformasiya Xidmətinin rəhbəri Aslan Əlişahoğlu, müstəqil jurnalist, Azərbaycan Kukla Teatrının baş inzibatçısı Səidə Haqverdi CASCFEN üzvlüyünə qəbul ediliblər.

Toplantıya CASCFEN sədri Azər Həsrət, sədr müavinləri Rey KərimoğluNadir Azəri, İH üzvləri Elşad Paşasoy, Lalə Musaqızı, Nüşabə Hüseynli, Səhər Əhməd, Qalib İbrahimoğlu qatılıb. CASCFEN Məclisinin sədri Aqil Camal, katibi Əfsanə Ələsgərli, həmçinin NTK sədri Sevda Əsgərüzvü Habil Yaşartoplantıda müşahidəçi qismində iştirak edib.

Toplantıdan görüntü

Toplantıdan çəkilmiş şəkillər: facebook.com/cascfen/photos_stream

CASCFEN Mətbuat Xidməti

A photo from the meeting

Baku, CASCFEN, Jan 14, 2013 – Baku, Azerbaijan based freedom of expression organization, Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) has adopted important decisions in its Board meeting held on January 13, 2013.

As it is said in a news release delivered by organization, the organizations Board has listened an information in regard to street rally held by Azerbaijani youths on January 12, 2013 and behavior of policemen towards media workers. Two CASCFEN representatives, deputy chairmen Nadir Azeri and Rey Kerimoglu informed the Board about the monitoring which they conducted during the rally. As they noted the policemen`s attitude towards media workers was quite polite during the event. In some cases the policemen were attentive in order to provide security of journalists. The Board members expressed their appreciation with the situation and wished that the policemen continue to remain polite in future.

Some other issues were discussed as well during the meeting. So the Board discussed the following issues: to conduct a 10 years anniversary of CASCFEN; to continue implementation of “Online ethics – Netiquette” project; to start a campaign “In support of culture and arts”.

CASCFEN Board has formed an Organization Committee of 5 representatives to prepare events to mark 10th Anniversary of organization. CASCFEN chairman Azer Hasret, deputy chairman Nadir Azeri, CASCFEN Assembly chairman Aqil Jamal and secretary Efsane Alaskerli, Control Revision Commission chairwoman Sevda Asker were included to the Committee.

The Board decided to resume implementation of “Online ethics – Netiquette” project starting from March 2013.

In regard to campaign “In support of culture and arts” the CASCFEN Board explained that there is a need to help to preserve popularization of this field in the country. The organization has started already its first steps in this direction together with Baku Child Theatre.

The Board voted for the new member applications as well. The following persons were accepted to membership: Ilham Shaban – editor, “Turan” Information Agency; Elman Jafarli – deputy chief editor, “Olaylar” daily newspaper; Mansura Rasulzade – chairwoman, “Alliance” Public Association; Aslan Alishahoglu – head of the information service, “S Group” Advertisement and Design Center; Saida Haqverdi – independent journalist and the head administrator at the Azerbaijan Puppet Theatre.

CASCFEN chairman Azer Hasret, deputy chairmen Rey Kerimoglu and Nadir Azeri, Board members Elshad Pashasoy, Lale Musaqizi, Nushabe Huseynli, Saher Ahmed, Qalib Ibrahimoglu were present at the meeting. Chairman of CASCFEN Assembly Aqil Jamal and its secretary Efsane Alaskerli, Control Revision Commission`s chairwoman Sevda Asker and its member Habil Yashar were attending the meeting as well.

A photo from the meeting

For photos from the meeting: facebook.com/cascfen/photos_stream

CASCFEN Press Service

Number of View: 14102