Qazaxıstan: itmiş jurnalist sağ-salamat tapıldıKazakhstan: Missing journalist found safe

Toqbergen Əbiyev

London, Article 19, 08.01.2013 – Article 19 təşkilatı dekabrın 20-dən yoxa çıxan qazax jurnalisti Toqbergen Əbiyevin sağ-salamat tapılmasından məmnundur.

Jurnalist bildirib ki, o özü özünün yoxa çıxmasını təşkil edib. Buna səbəb isə korrupsiyaya dair mətbuat konfransı öncəsi Qazaxıstandakı duruma ölkə içində və xaricində diqqəti cəlb etmək üçün belə bir qərar verməsi olub.

Article 19 Əbiyevin gərək olmadan ölkə içindəki media işçiləri və beynəlxalq insan haqları kampaniyaçıları üçün rahatsızlıq yaradan bir addım atmasını düzgün saymır. Qurum hesab edir ki, jurnalistin belə hərəkəti gələcəkdə doğrudan da təhlükə ilə üzləşən jurnalistlər və ya ictimai fəallarla bağlı addımları zərbə altına qoya bilər.

Qazaxıstandakı hazırkı şəraitdə media, rəsmilərin haqlı tənqidini boğmağa yönələn, ifadə azadlığı sahəsində təməl insan haqqını məhdudlaşdıran ciddi və siyasi motivli hücumlara məruz qalır.

Article 19 Qazaxıstan rəsmilərini jurnalistlər və insan haqları fəallarının yoxa çıxması, təhdid edilməsi və ya hücuma məruz qalması ilə bağlı bütün halları tez və dərindən araşdırmağa çağırır.

“İctimai əhəmiyyət kəsb edən məsələlərlə bağlı fikrini ifadə edənlərə qarşı olan cinayətlər ifadə azadlığına qarşı cinayətlərdir. Belə cinayətlər millətin sağlamlığına qarşı birbaşa təhdid təşkil edir. Bu cinayətlərin araşdırılmadığı, bu cür əməlləri törədənlərin cəzalandırılmadığı şəraitində qorxulu cəzasızlıq mühiti hökm sürür. Belə bir durum danışmaq istəyənləri susdurmaq üçün gələcəkdə daha əlverişli mühit yarada bilər. Bu həm də həqiqəti demək və ictimai əhəmiyyət kəsb edən məsələləri işıqlandırmaq istəyənlərə qarşı qorxu və özünüsenzura mühiti yaradır”, – deyə Article 19 təşkilatının icraçı direktoru Agnes Callamard bildirib.

İngilis dilindən CASCFEN tərəfindən tərcümə edilib.

Tokbergen Abiyev

London, Article 19, Jan 08, 2013 – Article 19 is pleased to hear the news that Kazakh journalist Tokbergen Abiyev is safe and well after raising concerns about his disappearance on 20 December.

The journalist has claimed that he staged his own disappearance, ahead of a planned press conference about corruption in Kazakhstan, in order to raise awareness about the issue both within the country and internationally.

ARTICLE 19 is concerned that Abiyev unnecessarily caused great alarm among media workers in the country and international human rights campaigners, and that his staged disappearance could undermine future actions on behalf of journalists or activists who are confronting genuine threats on their safety.

Under the current climate in Kazakhstan, the media has come under fierce and political motivated attacks, intended to silence legitimate criticism of the authorities and restrict the fundamental human right to freedom of expression.

ARTICLE 19 urges the authorities in Kazakhstan to ensure investigations are carried out quickly and thoroughly in all cases where journalists and human rights defenders go missing, are threatened or attacked.

“Crimes against those people, who speak out on issues of public importance, are crimes against freedom of expression – such crimes are a direct threat to the health of a nation. Where these crimes are not investigated, and those responsible are not brought to justice, a dangerous climate of impunity is created. This can fuel further abuses against free speech by those who seek to silence. It also creates a climate of fear and self-censorship among those carrying out vital work to speak truth and raise matters of genuine public importance” said Agnes Callamard, ARTICLE 19’s Executive Director.

Number of View: 27892