ATƏT-in media azadlığı təmsilçisi Rusiyada jurnalistin öldürülməsindən kədərlənirOSCE media freedom representative saddened over killing of Russian journalist

ATƏT, Dublin, 07.12.2012 – Bu gün ATƏT-in media azadlığı təmsilçisi Dunja Mijatović Rusiyanın Güneyindəki Kabarda-Balkar Respublikasında TV reportyoru Kazbek Gekkiyevin öldürülməsi ilə bağlı rahatsızlığını ifadə edib.

Kazbek Gekkiyev

“Mən daha bir jurnalistin həlak olmasından dərin təəssüf hissi keçirirəm. Düz bir həftə öncə ATƏT üzvü olan ölkələrə məlumat vermişdim ki, bu il bizim bölgədə heç bir jurnalist öldürülməyib. Bu xəbər məni yalançı çıxardı”, – deyə Mijatović Dublində keçirilən ATƏT Nazirlər Şurasının toplantısında bildirib.

Gekkiyev Ümumrusiya Dövlət TV və Radio Şirkətinin bölgə bürosunun müxbiri idi. O, dekabrın 5-də Nalçikdə, işdən evə qayıdarkən öldürülüb.

“Mən Rusiya rəsmilərinin bu qətlə ən yüksək səviyyədə cəld reaksiyasını və Gekkiyevin ölümünü araşdırmaq üçün təhqiqatçılar ayırmasını alqışlayıram. Onlar jurnalistin qətlinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildiriblər”, – Mijatović deyib.

“Mən ümid edirəm ki, araşdırmalar bu dəhşətli cinayətə görə məsuliyyət daşıyanları ədalət mühakiməsi qarşısına çıxaracaq. Mən həm də ümid edirəm ki, Rusiya rəsmiləri bir il öncə qonşu Dağıstan Respublikasında öldürülən “Çernovik” qəzetinin qurucusu Hacımurad Kamalovun ölümünün də araşdırılmasını davam etdirəcəklər”, – deyə o, bildirib.

“ATƏT bölgəsi ölkələrində jurnalistlərin güvənliyinin təmin edilməsi, xüsusən də sadəcə öz işlərini görərək aydın həqiqətlər haqqında xəbər verərkən həyatından məhrum olanlarla bağlı ədalət mühakiməsinin təmini üçün çox iş görülməlidir”, – deyə Mijatović vurğulayıb.

İngilis dilindən tərcümə CASCFEN-ə aiddir

OSCE, Dublin, Dec 7, 2012 – The OSCE Representative on Freedom of the Media, Dunja Mijatović, expressed her concern today over the death of television reporter Kazbek Gekkiyev, who was murdered in the Russian southern republic of Kabardino-Balkaria.

Kazbek Gekkiyev

“I deeply regret another loss of life of a journalist. Just a week ago, I reported to the OSCE participating States that fortunately no journalist had been killed in our region this year. This news has proven me wrong,” Mijatović said in Dublin where she is participating in the OSCE Ministerial Council meeting.

Gekkiyev was a reporter with the regional branch of the national VGTRK broadcaster. He was shot on 5 December in Nalchik while returning home from work.

“I welcome the swift reaction of the Russian authorities to condemn this crime at the highest level and to immediately dispatch a team of investigators to probe Gekkiyev’s murder, which they have said was linked to his journalistic activities,” Mijatović said.

“I hope that the investigation will bring those responsible for this horrible crime to justice. I also hope that the Russian authorities will pursue their investigation of the murder of Khadzhimurad Kamalov, the founder of the Chernovik newspaper, who was killed in the nearby republic of Dagestan almost a year ago,” she said.

“Much more needs to be done to guarantee the safety of journalists across the OSCE region, and to ensure that justice is served to the many professionals who have lost their lives while simply doing their job by reporting the sometimes inconvenient truth,” Mijatović stressed.

Number of View: 25670