JuHİ “Cəzasızlığa qarşı Beynəlxalq Gün” hesabatı hazırlayıbJuHI prepared a report for the “International Day to End Impunity” campaign

JuHI

Mətbuat üçün açıqlama

Bakı, JuHİ, 23.11.2012 – Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı ölkədə peşə fəaliyyətinə görə təqib və təzyiqlərə məruz qalan, fiziki xəsarətlər yetirilən, amma rəsmi hüquq mühafizə orqanlarından lazımi dəstək ala bilməyən jurnalistlərin siyahısını hazırlayıb. 23 noyabr “Cəzasızlığa qarşı Beynəlxalq Gün” kampaniyası çərçivəsində hazırlanmış və ictimaiyyət üçün açıqlanmış siyahıda 2011-2012-ci illərdə bu cür hallarla qarşılaşmış 5 jurnalistin, o cümlədən, 2005-ci ilin mart ayında qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, 2011-ci ilin noyabr ayında qətlə yetirilmiş araşdırmaçı jurnalist Rafiq Tağının adları yer tutub.

Qeyd edilib ki, baş vermiş insidentlərin araşdırılması, cinayətləri törədənlərin cəzalandırılması üçün rəsmi dövlət qurumlarında, hüquq- mühafizə orqanlarında iş başlanılsa da, konkret nəticələr olmayıb. Bu cür hallar isə jurnalistlərə qarşı təqib və təzyiqlərin artmasını stimullaşdırır.

JuHİ sədri Müşfiq Ələsgərli deyib: ““Cəzasızlığa qarşı Beynəlxalq Gün” kampaniyası başa çatdıqdan sonra da JuHİ bu yöndə fəaliyyətini davam etdirəcək. Növbəti mərhələdə son 10 ildə (2000-20011) baş vermiş bu cür halların hesabatı hazırlanacaq və ictimaiyyətə elan ediləcək. Məqsədimiz kampaniyanı uğurla yekunlaşdırmaq, cəzasızlıq mühitinə son verilməsinə nail olmaqdan ibarətdir”.

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı, həmçinin, jurnalistlər üçün hazırlanmış təhlükəsizlik vəsaitinin təqdimat tədbirlərinin keçirilməsinə start verib. Vəsaitdə jurnalistlər üçün müasir təhlükəsizlik qaydaları haqqında bilgilər yer alıb.

23 Noyabr “Cəzasızlığa Qarşı Beynəlxalq Gün” kampaniyası Azərbaycanda ilk dəfə 2011-ci ildə Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı tərəfindən keçirilib. 2012-ci ildə isə artıq Azərbaycanın digər jurnalist təşkilatları da bu kampaniyaya qoşulublar .

Əlavə bilgi üçün:
mushfig73@yahoo.com
+994 50 324 6530
www.juhi.az

JuHI

Press Release

Baku, JuHI, Nov 23, 2012 – The Journalists’ Trade Union of Azerbaijan prepared a list of journalists who being subjected to persecution and pressure, got injured while carrying out their professional duties, but unable to achieve supportive attention from the law-enforcement agencies. The report, which was prepared and publicized within the “International Day to End Impunity” campaign, includes 5 journalists, who faced such treatment in 2011-2012. Along with them, Elmar Huseynov, chief-editor of “Monitor”, murdered in 2005, and Rafig Tagi, investigative free-lance reporter, stabbed in November 2011, were included to the report.

It is highlighted that, to punish people behind these cases, investigations have been started by the law-enforcement agencies and state bodies, but all of them ended up with failure. These kinds of results stimulate other pressures and persecutions toward journalists.

JuHI chairman Mushfig Alasgarli told that, “Even After the end of “International Day to End Impunity” campaign, JuHI will continue activities on this direction”. The next in the line is a report for the last 10 years (2000-2011) to be prepared and publicized. Our aim is to successfully finish the campaign and achieve the end of impunity environment”.

The Journalists’ Trade Union also started presentations of a handbook on journalists’ safety. The handbook includes useful information for journalists’ safety to encounter contemporary threats toward journalists.

For your information, the “International Day to End Impunity” was started in Azerbaijan by Journalists’ Trade Union (JuHI), affiliate of International Federation of Journalists in the country, for the first time on 23 November 2011. In 2012, many other journalist organizations in Azerbaijan joined this campaign.

For further information feel free to contact the chairman of the JuHI, Mushfig Alasgarli.
mushfig73@yahoo.com
+99450 324-6530
www.juhi.az

Number of View: 19690